Bu gün AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.
QOL.az xəbər verir ki, İclasa sədrlik edən AFFA-nın prezidenti Rövşən Nəcəf qarşıya qoyulan vəzifələrdən və onların icrası istiqamətində görüləcək işlərdən bəhs edib. İcraçı vitse-prezident Sərxan Hacıyev iclasın gündəliyi barədə məlumat verib.
Daha sonra gündəlikdə duran məsələlər müzakirə olunub.
İclasda əvvəlcə AFFA Hakimlər Komitəsi ilə bağlı məsələlər, hakimlik sahəsindəki çatışmazlıqlar, problemlər müzakirə edilib. Bu xüsusda Hakimlər Komitəsinin kodeksinin hazırlanması tapşırılıb (intizam qaydaları, cəzaların müəyyənləşdirilməsi və s.). Eyni zamanda, Hakimlər Komitəsinin sədri ilə bağlı müzakirələr aparılıb. Yaxın vaxtlarda bu barədə ictimaiyyətə məlumat veriləcək.
Daha sonra futzal üzrə milli komandanın baş məşqçisi ilə bağlı məsələyə baxılıb. Vitali Borisovun müqaviləsi daha 1 il müddətinə uzadılıb.
Çimərlik futbolu üzrə milli komandanın baş məşqçisi isə Sahib Məmmədov təyin olunub. Onunla müqavilənin müddəti 1 il nəzərdə tutulub.
İcraiyyə Komitəsi 1-ci və 2-ci Liqadakı mövcud vəziyyəti də müzakirə edib. “İrəvan” FK-nın bir neçə futbolçusunun danışılmış oyunlarda iştirakı etməsi, eləcə də, maliyyə öhdəliklərini yerinə yetirməməsi səbəbindən klub AFFA bayrağı altında keçirilən yarışlardan kənarlaşdırılıb. AFFA bu cür neqativ hallara qarşı ciddi mübarizəsini bundan sonra da davam etdirəcək.
İcraiyyə Komitəsinin iclasında AFFA tərəfindən klublara ayrılan vəsaitin meyarlar üzrə bölgüsü müzakirə olunub. Meyarlar bölgüsündə baş verən dəyişikliklərlə bağlı klublara məlumat verilməsi qərara alınıb.
AFFA-nın inkişaf strategiyasının yazılması ilə bağlı görülən işlərlə əlaqədar məlumat verilib, İcraiyyə Komitəsi üzvlərinin fikirləri dinlənilib. AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədovun strategiyanın hazırlanması üzrə layihə rəhbəri təyin olunması barədə qərar qəbul olunub.
Yuxarı
2-ci liqada 2 oyun
“Bavariya” onu göndərmək niyyətində deyil
Toralın klubu məğlub oldu
Bundesliqada 5-ci tura yekun vuruldu
“Ustalıq səviyyəmiz hələ kifayət etmir” - Zaur Həşimov
"Turan Tovuz" "Şəfa"nı belə məğlub etdi - Video
“Bu sualı niyə mənə verirsiniz?” - Kurban Berdiyev
"Qarabağ" və "Turan Tovuz"dan qələbə
2-ci liqada 6 oyunun hakimləri bilindi
“Hall Siti” 4 qollu matçda qalib gələ bilmədi
"Qarabağ"ın qələbəsindən - Video
“Bizim üçün çox vacib qələbə oldu” - Qurban Qurbanov
“Bu epizod, şübhəsiz ki, oyunu korladı”
“Mançester Siti”yə qarşı istehzalı banner
"Şəfa" - "Turan Tovuz": Heyətlər açıqlandı
Baş hakim zədələndi, oyunu tərk etdi
Azərbaycan boksçusu Avropa çempionu oldu
Haaland azarkeşlərə müraciət etdi
"İmişli" - "Qarabağ": Heyətlər açıqlandı
"Qalatasaray" - "Barselona" matçını o idarə edəcək
“Real”ın düşərgəsində gərginlik artır
"Sabah" - "Slaviya" oyununun hakimləri açıqlandı
Mourinyo mətbuat konfransına niyə qatılmayıb?
Azərbaycan millisi 1/8 finalda Yaponiyaya uduzdu - Yenilənib
1000 addımlıq marafon: Ağdamdan Yevlaxa qədər
"Barselona" dayanmır - Video
Messi və Suares dubl etdi, uğursuz seriya bitdi
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
"Real" və "Barselona"dan qələbə
Sumqayıtda vurulan 5 qol - Video
Filipe Kandido: “Qələbəni tam haqq etdik”
“Qəbələ”yə şikayət etməyə, ağlamağa gəlməmişəm”
“Sumqayıt”dan mövsümün ilk qələbəsi, Zirədə “sülh”
“Zirə” - “Şamaxı” oyunundan - Video
Rəşad Sadıqov zədə çoxluğundan şikayətlənir
“Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil”
La Liqanın oyunu yarımçıq dayandırıldı
“Sumqayıt” - “Qəbələ” matçının heyətləri
Noyerin kobud səhvi Bundesliqada tarixi qolla nəticələndi
Ronaldo millidən kənarlaşdırıldı - Rəsmi