Mediada Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın iyulun 6-da Şuşada keçiriləcək Türk Dövlətləri Təşkilatının dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etməyəcəyi barədə məlumat yayılıb.
APA-nın rəsmi dairələrdən əldə etdiyi məlumata görə, iyulun 3-4-də Astanada Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısı çərçivəsində Azərbaycan və Türkiyə prezidentlərinin söhbəti zamanı cənab Rəcəb Tayyib Ərdoğan iyulun 6-da Almaniyada futbol üzrə Avropa çempionatının 1/4 mərhələsində Türkiyə millisinin Niderland yığması ilə qarşılaşacağını və Almaniyada milli komandanı dəstəkləmək imkanını nəzərdən keçirdiyini bildirib.
Belə bir təklif səslənib ki, Türkiyə Prezidenti günün birinci yarısı Şuşada tədbirdə iştirak etsin, sonra isə Almaniyaya yollansın. Lakin Prezident İlham Əliyev Türkiyə millisinin 1/4 mərhələyə yüksəlməsinin önəmini, habelə Türkiyə futbolçularının qələbəsinin bütün Türk dünyası üçün əhəmiyyətini xüsusi vurğulayaraq, cənab Ərdoğana Şuşaya deyil, milli komanda ilə bir yerdə olmaq üçün Almaniyaya səfər etməsini təklif edib.
Prezident İlham Əliyev Türkiyənin Şuşa Sammitində vitse-prezident Cevdet Yılmaz və xarici işlər naziri Hakan Fidanla yüksək səviyyədə təmsil olunacağını qeyd edib və cənab Ərdoğandan Türkiyə millisinə salamlarını və xoş arzularını çatdırmağı xahiş edib. Məlumatdan göründüyü kimi, Türkiyə Prezidentinin Şuşa Sammitinə qatılmaması protokol xarakterlidir və bunun da təşəbbüskarı iki qardaş xalq arasında münasibətləri həmişə uca tutan Prezident İlham Əliyev olub.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu