Almaniya millisinin kapitanı İlkay Gündoğan İspaniya yığmasının futbolçuları Rodri və Lamin Yamal barədə fikirlərini bildirib.
QOL.az xəbər verir ki, İspaniyaya qarşı bu gün keçiriləcək Avro-2024-ün oyunu ərəfəsində təşkil olunan mətbuat konfransında Gündoğan hər iki oyunçu haqda suala belə cavab verib:
"Rodrinin "Mançester Siti"dəki ilk mövsümünü xatırlayıram. Məşqdə o, Pep (Qvardiola - red.) ilə 45 dəqiqədən bir saata qədər əlavə işləyirdi. O, futbolda uzun məsafə qət edib və çox şey öyrənib. Fikrimcə, Rodri dünyanın ən yaxşı dayaq yarımmüdafiəçisidir. Belə bir futbolçunu tam 90 dəqiqə "bağlamaq" mümkün deyil, amma onun işini çətinləşdirməyin yolları var".
İlkay Gündoğan Lamin Yamal haqda isə deyib: "O, 16 yaşlı bir gənc üçün uzun bir yol qət edib. Əgər mənim də 16 yaşıma nəzər salsanız görərsiniz ki, Yamal tamam başqa səviyyədədir. O, necə futbol oynayır, hansı risklərə gedir... Yamal İspaniya və "Barselona" üçün çox vacib oyunçudur. Mən ona həqiqətən hörmət edirəm".
Qeyd edək ki, İspaniya - Almaniya oyunu bu gün Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu