Portuqaliya millisinin baş məşqçisi Roberto Martinez Fransa yığmasına qarşı bu gün keçiriləcək Avro-2024-ün 1/4 final oyunu haqda danışıb.
QOL.az xəbər verir ki, keçirdiyi mətbuat konfransında 50 yaşlı ispan mütəxəssis deyib:
“İstəyirəm ki, gözəl oyun nümayiş etdirək və qollar vuraq. Məhz bitiricilik bizim hələ də çatışmayan tərəfimizdir. Ona görə də biz həmişə ən yaxşı oyumumuzu oynamağa çalışırıq. Yaxşı oynadığımız zaman qalib gəlmək şansımız daha çox olur”.
Martinez kapitanları Kriştiano Ronaldo haqqında da danışıb:
“Milli komandanın heyətində çox titul qazanan, çoxlu sayda oyun və qol rekordları qıran birini görmək vacibdir. Onun komandaya gətirdiyi təravət təəccüblüdür. O, bir nümunədir: hər gün qalib gəlmək, hər gün yarışmaq istəyir. Fədakar oyunçunuz olanda onun keçmişdə etdiklərini unudun. Fədakar oyunçu bir imtiyazdır”.
Martinez onu da deyib ki, bu turnirdə qarşılaşmalar çox gərgin keçir: “İlk qolu vurmaq çətindir. Düşünürəm ki, biz çox risk edirik. Qol vurmaq üçün üçüncü zonaya düşməlisən. Biz topa çox sahib olur və yaxşı mövqe tuturuq. Biz çox şeyi yaxşı edirik və eyni ruhda davam etməliyik. Ancaq yaxşılaşdıra olduğumuz məqamlar da var”.
Fransa ilə matçın proqnozuna gəlincə, Martines deyib:
“Hamı böyük komandaların necə oynadığını bilir. Əsas futbolçularımızın çıxışı və istedadıdır. Düşünürəm ki, biz oyuna tam hazırıq. Artıq 1/4 final mərhələsidir və biz bütün diqqətimizi özümüzə yönəltmişik. Biz həmişə inkişaf etmək istəyirik, lakin matçdan matça hər şeyi dəyişmək məcburiyyətində deyilik”.
Qeyd edək ki, Portuqaliya - Fransa oyunu bu gün Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu