"Biz həmişə işimizi görməyi düşünürük. Biz onu fikirləşmirik ki, Almaniyanın öz işinin öhdəsindən gələcəkmi...”
QOL.az xəbər verir ki, bu sözləri İspaniya millisinin baş məşqçisi Luis de la Fuente bildirib.
Bu gün Almaniyaya qarşı keçiriləcək 1/4 final oyunu ilə bağlı təşkil olunan mətbuat konfransında 63 yaşlı mütəxəssis bildirib ki, rəqiblərinin güclü tərəflərini minimuma endirməyə və zəif cəhətlərindən istifadə etməyə çalışacaqlar:
“Oxşar xüsusiyyətlərimiz var. Meydana çıxıb qələbə qazanmağa çalışacağıq. Biz çox məsuliyyət hiss edirik.
Təbii ki, Almaniyada çıxış etmək təcrübəsi olan Dani Olmo və Alejandro Qrimaldo ilə çox danışmışam. Onlar həmişə bizə alman futbolunun müəyyən tərəflərindən bəhs edirlər. Amma biz onların milli komandasını çox yaxşı tanıyırıq və bütün oyunçularım oyuna hazırdır. Oyun planımız dəyişməyəcək. Bir və ya iki kadr dəyişikliyi ola bilər, amma plan əvvəlki kimi qalacaq”.
Baş məşqçinin fikrincə, bərabər oyun olacaq: “Bu, Avropa çempionatının finalı da ola bilərdi, amma düşünürəm ki, futbol səviyyəsində oyun bərabər keçəcək. Almaniya həmişə matça həqiqətən güclü başlayır. Ona görə də biz buna qarşı çıxmağa çalışacağıq. Həm də çalışacağıq ki, ilk dəqiqədən təşəbbüsü ələ keçirək”.
Qeyd edək ki, İspaniya - Almaniya oyunu bu gün Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu