“İlk növbədə futbolçularımı təbrik etməliyəm. Bu, taktiki oyun idi. Döyüşdük, çox qaçdıq. Belə rəqiblə qarşılaşmaq çətindir. Amma oyunumuzdan razıyam. Bu, böyük bir sınaq idi".
QOL.az xəbər verir ki, bu sözləri İsveçrə millisinin baş məşqçisi Murat Yakın Avro-2024-ün 3-cü turunda Almaniya ilə keçirilən oyundan sonra mətbuat konfransında deyib.
İsveçrə millisi ötən gecə güclü rəqibi ilə 1:1 hesablı heç-heçə edərək qrup ikincisi kimi pley-offa yüksəlib. Türk əsilli mütəxəssis matçı və mərhələ adlamaqlarını belə şərh edib:
"Hücumçularımız yaxşı iş gördülər. Ümumi komanda hücumda və müdafiədə yaxşı çıxış etdi. İndi növbəti oyuna hazırlaşmağa bir həftə vaxtımız var. Yenilməz olduğumuz üçün şadam. Bu, birincilik üçün kifayət etmədi, amma hər halda müsbət haldır. İsveçrə millisi çox çalışan və düzgün komanda ruhuna malik kollektivdir”.
Qeyd edək ki, İsveçrə millisi qrupun digər oyunlarında Macarıstana qalib gəlib, Şotlandiya ilə heç-heçə edib.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi