“Mənə etimad göstərdikləri üçün AFFA rəhbərliyinə təşəkkür edirəm. Danışıqlar prosesində onların layihələrini, gələcəklə bağlı fikirlərini bilmək mənim üçün maraqlı oldu. Bu qarşılıqlı anlaşma gələcək layihələri birlikdə həyata keçirmək baxımından önəmlidir. Burdayamsa, demək ki, AFFA rəhbərliyi layihənin həyata keçirilməsi üçün məni görmək istəyib”.
QOL.az xəbər verir ki, bu sözləri Azərbaycan milli komandasının yeni baş məşqçisi Fernandu Santuş bu gün keçirilən təqdimetmə mərasimində deyib.
O, Azərbaycan millisindəki fəaliyyətinin uzunmüddətli layihə olduğunu bildirib: “Mənim məşqçi heyətim, AFFA, eləcə də sizlərlə birlikdə biz böyük uğura nail olub, tarix yaza biləcəyik. Bunun üçün klublarla da birlikdə əl-ələ verib işləmək çox önəmlidir. İnanıram ki, tarixi nəticələrə imza atacağıq. Ümid edirəm ki, Azərbaycan millisi rəhbərliyim altında hansısa böyük yarışa yollanacaq”.
Santuş başqa təkliflərinin də olduğunu söyləyib: “Mənə etimad göstərdiyi üçün AFFA-ya təşəkkür edirəm. Mənim başqa, daha yaxşı təkliflərim var idi. Amma bu layihəyə inandığım üçün Azərbaycandayam".

Daha sonra portuqaliyalı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:
- Zəngin karyeraya malik məşqçisiniz. Azərbaycan millisi isə FİFA reytinqində ilk “100-lük”də belə deyil. AFFA-nın təklifi nə dərəcədə cəlbedici oldu ki, onu qəbul etdiniz?
- Cəlbedici təklif oldu. Ona görə də buradayam. Çalışacağıq ki, millini daha ön sıralara aparaq.
- Azərbaycan millisini Gürcüstan kimi Avropa çempionatında görmək üçün nələr edəcəksiz?
- Gürcüstan millisinin böyük turnirdə iştirakı da motivasiyadır. Qazaxıstan da Avropa çempionatına vəsiqə qazanmağa yaxın idi. Hədəf də odur ki, 2028-ci ildə böyük miqyaslı turnirə vəsiqə qazanaq. Bunun üçün hər bir şərait var. Sizin də dəstəyiniz çox önəmlidir. Xalqın inamı, dəstəyi də, həmçinin. Uğur ani olaraq göydən düşmür. Uzunmüddətli layihələrlə həyata keçirilir. Təəssüf ki, əvvəlki seçmə mərhələlərdə bunun üçün cəhd edilib, amma alınmayıb. Mənim üçün də motivasiya odur ki, bunu dəyişim. Ümid edirəm ki, bu, bizdə alınacaq. Onu da qeyd edim ki, heyətimlə burada Azərbaycanda yaşayacağıq. AFFA ilə layihəni həyata keçirmək üçün burada yaşayıb, ölkənin mədəniyyəti ilə də tanış olacağıq. Bizim işimiz gəlib oyunları yola verib, öz ölkəmizə qayıtmaq deyil. İşə ciddi yanaşmaq istəyirik.
- Bu layihəni həyata keçirmək üçün özünüzdə yetərli enerji hiss edirsiz?
- İşləmək üçün tam enerjiliyəm, kifayət qədər motivasiyam var. Bu layihəni həyata keçirmək istəyirik.

- Sizdən qabaqkı millinin baş məşqçiləri daha çox müdafiəmeyilli futbol oynaydıblar. Bəs sizin rəhbərliyiniz altında necə olacaq?
- Əsas məqsəd qələbə qazanmaqdır. Bunun üçün yaxşı oynamaq lazımdır. Həm hücum etmək, həm müdafiə olunmağı bacarmaq lazımdır. Millinin son iki oyunun izləmək fürsəti əldə etdim. Azərbaycana qarşı da oynamışıq, Bakıda da olmuşam. Azərbaycan millisini tanıyıram. Bir çox insanlar statistik göstəricilərə çox önəm verirlər. Amma mən buna diqqət yetirən deyiləm. Azarkeşlərin dəstəyinə ehtiyacımız olacaq. Onlar qələbə qazanmaqla yanaşı, cəlbedici futbol göstərmək istəyirəm.
- Türkiyədə işləməyiniz Azərbaycana uyğunlaşmağınıza kömək edəcək?
- Azərbaycana ilk dəfə 2020-ci ildə gələndə, həm mən, həm də köməkçilərim yaxşı mənada çox təəccüblənmişdik. Gözləmirdik ki, belə şəhərlə qarşılaşacağıq. Burada yaşayacağam, həm də istənilən halda, uyğunlaşmağa məcburam. Düşünmürəm ki, hansısa çətinlik olacaq. Siz mənə yox, mən sizə uyğunlaşmalıyam.
- Millimizin keçmiş baş məşqçisi Canni De Byazi hər uğursuz nəticədən sonra müxtəlif bəhanələr gətirirdi. Siz də eyni addımı atacaqsınız?
- Uğursuzluq varsa, buna məşqçi heyəti və futbolçular məsuliyyət daşıyır. Jurnalistlərin bunda nə günahı var? Bizim mətbuatda səslənən fikirlərlə razılaşıb-razılaşmamağımız başqa məsələdir, amma istənilən halda sizin fikirlərinizə hörmətlə yanaşmalıyıq. Azərbaycana iş görmək üçün gəlmişik. Dediyim kimi, bəlli hədəflərimiz var və ümid edirəm ki, 2028-ci ildə hədəflərimizə çatacağıq.

- Millimizin Macarıstandakı son 2 yoxlama matçını izləmisiniz. Həmin oyunlarda yığma üzvlərindən kimlər diqqətinizi daha çox çəkdi?
- İlk növbədə onu deyim ki, komandada müsbət keyfiyyətlər gördüm. Texniki baxımdan komandada keyfiyyətli futbolçular var. Burda fərdi baxımdan hansısa oyunçunun adını qeyd etmək istəməzdim. Düzdür, bəzən hansısa matçda fərdi keyfiyyətlər həlledici olur. Lakin istənilən halda futbol kollektiv oyundur. Yalnız kollektiv şəkildə mübarizə aparmaqla nəticə qazanmaq mümkündür. Yerli çempionat matçlarını izləyəcəyik, legionerlərin çıxışını diqqətdə saxlayacağıq. Həmçinin avrokuboklardakı Azərbaycan klublarının çıxışlarını da diqqətdə saxlayacağıq.
- Azərbaycan yığmasında uğurlu nəticə qazanmağınız üçün ən tez zaman hansıdır?
- Ortada acı reallıq var. Yaxşı nəticə qazanmaq üçün bütün şərtləri nəzərə almaq lazımdır. Biz də istəyərik ki, ən qısa zamanda uğur əldə edək. Ortada mənim, millinin statistikası var.
- Tətbiq edəcəyiniz strategiyanı müəyyənləşdirmisiz? Bunun üçün 4 il kifayət edəcək?
- Düşünürəm ki, 4 il həm strategiyamızı, həm də istəkləriizi reallaşdırmaq üçün yetərlidir.
Keyn müqavilə imzalamağa tələsmir
"Barselona" onu hədəfə aldı
Baş məşqçinin qərarına təəccübləndi
CAR-ın DÇ-2026 üçün ilkin heyəti açıqlandı
"Heç bir halda arxayınlaşmaq olmaz" - Kaxaber Sxadadze
AFFA bu klubun 2-ci liqada iştirakına icazə verdi
"Qəbələ" 3 xalı 3 qolla qazandı - Video
Silva "Atletiko"ya keçə bilər
"Qəbələ" "Şamaxı"ya qalib gəldi
"Qalatasaray" Saşa Boeylə bağlı geri addım atır
Avroliqanın rəmzi komandası açıqlandı
Avroliqanın ən yaxşısı seçildi
1-ci liqanı tərk edən komanda bəlli oldu
"Neftçi" İK Azərbaycan kubokunun qalibi oldu
Rəhim Həsənovdan mübahisəli epizodlara şərh - Video
Superliqada yeni legioner limiti tətbiq olunacaq
Seyxan Fərəcov mükafatlandırıldı
"Qəbələ" - "Şamaxı": Heyətlər
Azərbaycanda “transfer pəncərələri”nin vaxtı məlum oldu
Misli Premyer Liqasında növbəti mövsüm bu tarixdə başlayacaq
Seneqal millisinin DÇ-2026 üçün yekun heyəti açıqlandı
“Qarabağ”dan daha bir transfer – Bakıya gəldi
Almaniya millisinin DÇ-2026 üçün heyəti elan edildi
Bunu Sançodan başqa bacaran olmayıb
Çin futbolunda “cəza sunamisi”
Əfsanələrin kameraarxası görüntüləri - Video
Daniel Parexo ilə yollar ayrıldı
38 yaşlı kapitanla müqavilə uzadıldı
Rafael Ağayev 13-cü dəfə əməliyyat olundu - Şəkil
Kazemiro Messinin komanda yoldaşı olacaq
Xabi Alonso: "Çelsi"nin layihəsi möhtəşəmdir"
Avroliqanın final matçından - Video
Misli Premyer Liqası: Son turun hakimləri məlum oldu
“Qarabağ”ın Avroliqada 6 mümkün rəqibi… - Siyahı
Neymar DÇ-2026 öncəsi zədələndi
Avropa Liqasının ağası
Avropa Liqasının qalibi müəyyənləşdi
İki güləşçimiz Avropa çempionatının finalında
DÇ-2026-nın reklam çarxında yer aldı, azarkeşlər qınadı
Premyer Liqanın ən gənc çempionu oldu
Dembele "Arsenal"a qarşı oynayacaq
Kukurella "Çelsi"dən gedəcək?
"Arsenal" Artetaya yüksək maaş təklif edə bilər
Millinin təlim-məşq toplanışı ləğv edildi
Mourinyo Vinisiusla bağlı nə düşünür?
"Arsenal" çempionluq paradı keçirəcək
Türkiyə kubokunda finalın hakimləri açıqlandı