"Tottenhem" Vernerlə müqaviləni uzatdı

"Tottenhem" Vernerlə müqaviləni uzatdı
XƏBƏR 28 May 2024 / 23:12 1295
-  A +

"Tottenhem" qış transfer pəncərəsində "Leyptsiq"dən icarəyə götürdüyü Timo Vernerlə müqaviləsini uzadıb.

QOL.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. 28 yaşlı hücumçu ilə 2024/25 mövsümünün sonunadək sözləşmə imzalanıb. Onun əvvəlki müqaviləsi bu ilin yayına qədər idi.

Qeyd edək ki, Timo Verner "Tottenhem"in heyətində 18 matça çıxıb, 2 qol vurub və 3 qolun ötürməsini verib.

Daha çox


Son xəbərlər
topaz banner