"Barselona"da yeni müqavilə

"Barselona"da yeni müqavilə
XƏBƏR 28 May 2024 / 21:59 2436
-  A +

"Barselona" 17 yaşlı futbolçusu Hektor Fortla müqaviləni uzadıb.

QOL.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Müdafiəçi ilə yeni müqavilə 2026-cı ilin iyununa kimi nəzərdə tutulub. Fort "Barselona" akademiyasının yetirməsidir.

Nüfuzlu "Transfermarkt" portalı "Forte"ni 7,5 milyon avro dəyərində qiymətləndirir. Futbolçu La Liqanın başa çatan mövsümündə əsas komandada 7 oyun keçirib, 2 qolun ötürməsini verib.


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner