"Qola qədər çoxlu şanslarımız oldu, sadəcə fürsətlərdən istifadə edə bilmədik. Axıra kimi mübarizə apardıq deyə sonda istədiyimiz qolu vurduq".
QOL.az xəbər verir ki, bu sözləri "Sabah"ın kapitanı Elvin Camalov Misli Premyer Liqasının 36-cı turunun "Neftçi" ilə oyunundan (1:0) sonra QOL.az saytına açıqlamasında deyib.
O, azarkeşləri təşəkkür edib: "Matç başlayandan demək olar ki, bizim üstünlüyümüz şəraitində keçdi. İstədiyimizə nail ola bildik. Bunun üçün də bizə dəstək olan bütün "Sabah" ailəsinə təşəkkür edirəm. Gəlib bizi sona kimi dəstəklədilər. Biz də onları sevindirdik".
E. Camalov qoldan sonra futbolçular arasında olan gərginlik barədə belə deyib: "Sözün düzü, bilmirəm. Mən də vəziyyəti sakitləşdirməyə çalışırdım. Yəqin ki, hansısa hadisə baş verib. Bilmirəm ki, nə oldu".
O, avrokuboklar üçün qarşıya hədəflərin qoyulduğunu bildirib: "Çox yaxşı mövsüm keçirdik. Əziyyətimizin bəhrəsini gördük. Gedişatda hər şey aydın olacaq. Konkret hədəflər var. Amma indidən danışmaq tezdir".
"Çelsi"yə "hə" dedi
“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır
"Ronaldo ilə danışmalıyam"
Yankoviçin millisi qələbə qazandı
Türkiyə - İtaliya matçının heyətləri açıqlandı
Yığmanın oyunlarını buraxacaq
Şamaxıda vurulan 5 qol - Video
"Liverpul"un yetirməsi "Mançester Yunayted"də
“Barselona”nın zədəli futbolçusundan xəbər var
“Fənərbaxça” transfer qadağasından xilas olur
“Azərbaycanla cavab matçını səbirsizliklə gözləyirəm”
“Yuventus” yeni qapıçı transfer etdi
İngiltərə - Çexiya matçı türkiyəli hakimə tapşırıldı
2-ci liqada 5-ci tura start verildi
Azərbaycan boksçuları Çində 10 medal qazandılar
Ançelotti Rafinyanı hücumun mərkəzində sınayacaq
“Atletik”in gəliri rekord həddə çatdı
Almaniya millisində ən pis start
Azərbaycanın U-17 millisi 0:16 hesabı ilə uduzdu
Azərbaycan cüdoçularıdan 5 medal
Alberto Cilardinonun yeni iş yeri bilindi
Türkiyə – İtaliya oyunu bu kanallarda
"Qəbələ"də daha iki yeni məşqçi - Rəsmi