“Avrokuboklarda oynamaq istəyirdik. Təəssüf ki, bu vəzifənin öhdəsindən gələ bilmədik. Buna görə çox məyusuq”.
QOL.az xəbər verir ki, bu sözləri “Neftçi”nin futbolçusu Andre Şinyaşiki Misli Premyer Liqasının son turunda “Sabah”ə 0:1 hesabı ilə uduzduqları oyundan sonra deyib.
Braziliyalı futbolçu azarkeşlərin adına məyus olduğunu bildirib: “Bu uğursuzluğa görə klubun adına üzülürəm. Nəticəyə görə konkret səbəb göstərməkdə çətinlik çəkirəm. Mən də avrokuboklarda oynamaq istəyirdim. Yaxşı heyətimiz, yaxşı məşqçilərimiz, yaxşı azarkeşlərimiz var. Təəssüf ki, istəyimizə çata bilmədik”.
“Futbolçular, məşqçilər yaxşıdırsa, bəs niyə belə uğursuzluqla üzləşdiniz?” sualını Şinyaşiki belə cavablandırıb: “Mən başqaları haqda danışa bilmərəm. Komanda yoldaşlarım, məşqçilər, klubun menecmenti barədə fikir bildirməyim düzgün çıxmaz. Başqalarını günahlandıra bilmərəm. Yalnız özüm haqda danışa bilərəm. Deyə bilərəm ki, daha yaxşı olmalıyam. Oyunumu gələcəkdə daha da artırmalıyam”.
Qeyd edək ki, "Neftçi" ötən gün məğlub olmaqla avrokuboklara vəsiqəni əldən verib.
"Çelsi"yə "hə" dedi
“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır
"Ronaldo ilə danışmalıyam"
Yankoviçin millisi qələbə qazandı
Türkiyə - İtaliya matçının heyətləri açıqlandı
Yığmanın oyunlarını buraxacaq
Şamaxıda vurulan 5 qol - Video
"Liverpul"un yetirməsi "Mançester Yunayted"də
“Barselona”nın zədəli futbolçusundan xəbər var
“Fənərbaxça” transfer qadağasından xilas olur
“Azərbaycanla cavab matçını səbirsizliklə gözləyirəm”
“Yuventus” yeni qapıçı transfer etdi
İngiltərə - Çexiya matçı türkiyəli hakimə tapşırıldı
2-ci liqada 5-ci tura start verildi
Azərbaycan boksçuları Çində 10 medal qazandılar
Ançelotti Rafinyanı hücumun mərkəzində sınayacaq
“Atletik”in gəliri rekord həddə çatdı
Almaniya millisində ən pis start
Azərbaycanın U-17 millisi 0:16 hesabı ilə uduzdu
Azərbaycan cüdoçularıdan 5 medal
Alberto Cilardinonun yeni iş yeri bilindi
Türkiyə – İtaliya oyunu bu kanallarda