A seriyasında ayın ən yaxşısı seçildi

A seriyasında ayın ən yaxşısı seçildi
XƏBƏR 25 May 2024 / 19:27 1608
-  A +

İtaliya A seriyasında may ayının ən yaxşı futbolçusu müəyyənləşib.

QOL.az xəbər verir ki, bu, "Bolonya"dan Rikardo Kalafiori olub. 22 yaşlı müdafiəçi may ayında 3 matça çıxıb, 2 qol vurub və 1 qolun ötürməsini verib. 

Kalafiori bu mövsüm ümumilikdə 33 matçda 2 qola imza atıb, 5 qolun ötürməsini verib. Onun komandası A seriyasının sıralamasında 68 xalla 4-cüdür.

Daha çox


Son xəbərlər
topaz banner