"Qarabağ"ın qapıçısı Andrey Lunyov meneceri Anton Smirnovla yolları ayırıb.
QOL.az xəbər verir ki, bu barədə Smirnov "RB Sport"a açıqlamasında bildirib.
Menecer Lunyovun onunla əməkdaşlığı dayandırmasını səsli mesaj vasitəsi ilə bildirdiyinə görə incidiyini söyləyib: "Lunyov mənə əməkdaşlığımızın dayandırılması ilə bağlı səsli mesaj göndərdi. Onun belə qərar verməyi mənim üçün təəccüblü deyil. Yolları ayırmağın vaxtı çoxdan çatmışdı. Andreyin qərarına hörmətlə yanaşıram.
Lunyov "Qarabağ"a transfer olunarkən əvvəlcə klub bir ildən artıq müddətə müqavilə imzalamaq istəmirdi. Onlar gələcəkdə Lunyova arxalana bilib-bilməyəcəklərini anlamaq istəyirdilər. Düşünürdülər ki, o, ili normal keçirsə, müqaviləni uzatmaq variantı olsun. Müqavilənin maddi tərəfi isə acınacaqlı idi - illik 200 min avro. Sonda bildirildi ki, əgər hər şey qaydasına düşsə, dekabrda şərtlərə yenidən baxılacaq və təkmilləşdirilmiş şərtlərlə müqavilənin uzadılması təklif olunacaq".
Smirnov Lunyova 3,5 illik əməkdaşlığından 3 milyon rubl (təqribən 56 min manat) qazandığını söyləyib: "Üç ildən artıq əməkdaşlıq haqqında deyiləsi çox şey var. Hətta düşünürəm ki, bu haqda kitab yaza bilərəm. Bu arada, Andreyə açıq şəkildə demək istədiyim yeganə şey budur: Səsli mesajdan bir az daha çox şeyə layiq idim. Qazanca gəldikdə isə, 3,5 il müddətində təxminən 3 milyon rubl qazanmışam. Ancaq "Zenit" azarkeşləri məni hələ də qəssab adlandırırlar. Lunyov Zenit"də qalsaydı, mən daha çox qazanacaqdım".
Qeyd edək ki, rusiyalı qolkiper ötən ilin yayından "Qarabağ"ın futbolçusudur. Tərəflərin müqaviləsi cari mövsümün sonuna qədər nəzərdə tutulub.
Rafinya zədələndi
"Çelsi"yə "hə" dedi
“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır
"Ronaldo ilə danışmalıyam"
Yankoviçin millisi qələbə qazandı
Türkiyə - İtaliya matçının heyətləri açıqlandı
Yığmanın oyunlarını buraxacaq
Şamaxıda vurulan 5 qol - Video
"Liverpul"un yetirməsi "Mançester Yunayted"də
“Barselona”nın zədəli futbolçusundan xəbər var
“Fənərbaxça” transfer qadağasından xilas olur
“Azərbaycanla cavab matçını səbirsizliklə gözləyirəm”
“Yuventus” yeni qapıçı transfer etdi
İngiltərə - Çexiya matçı türkiyəli hakimə tapşırıldı
2-ci liqada 5-ci tura start verildi
Azərbaycan boksçuları Çində 10 medal qazandılar
Ançelotti Rafinyanı hücumun mərkəzində sınayacaq
“Atletik”in gəliri rekord həddə çatdı
Almaniya millisində ən pis start
Azərbaycanın U-17 millisi 0:16 hesabı ilə uduzdu
Azərbaycan cüdoçularıdan 5 medal
Alberto Cilardinonun yeni iş yeri bilindi