Qasperini hamını qabaqladı

Qasperini hamını qabaqladı
XƏBƏR 24 May 2024 / 11:38 1858
-  A +

İtaliya A seriyasında may ayının ən yaxşı baş məşqçisi müəyyənləşib.

QOL.az xəbər verir ki, bu, "Atalanta"nın çalışdırıcısı Can Pyero Qasperini olub. Onun komandası may ayında 3 oyun keçirib və bu matçların hamısında qalib gəlib.

"Atalanta" sona 1 tur qalmış sıralamada 66 xalla 5-cidir. 

Qeyd edək ki, Qasperini 2016-cı ilin iyunundan “Atalanta”nın baş məşqçisidir. Onun klubla müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.

"Atalanta" mayın 22-də Avropa Liqasının finalında "Bayer"i məğlub edərək çempion olub.


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner