"Fənərbaxça"nın prezidenti Ali Koç Superliqanın 37-ci turunun "Qalatasaray"la görüşündən (1:0) sonra baş verən qalmaqala toxunub.
QOL.az xəbər verir ki, sözügedən matçın ardından "Fənərbaxça" meydanda qələbəni qeyd etmək istəyərkən iki klubun nümayəndələri arasında gərginlik yaşanıb. Ali Koç və "Qalatasaray"ın baş katibi Eray Yazgana deyib: "Buradan çıxmasan, döyüləcəksən". Eyni zamanda futbolçuların əlindəki bayrağın aradan qaldırılmasını istəyən stadion rəhbəri Ali Çelikkıran, "Qalatasaray"ın bir neçə nümayəndəsi və klub prezidenti Dursun Özbekin sürücüsü də döyülüb.
D.Özbek bu haqda danışarkən "Ali bəy, bax, gəldim. Bu vandallığın qəbul ediləcək bir tərəfi yoxdur. İndi buradayam. Hünərin çatırsa, gəl, səni gözləyirəm. Kişisənsə, gəl" kimi ifadələr səsləndirib.
Ali Koçun Dursun Özbeyə cavabı gecikməyib. O, "Qalatasaray"ın prezidentinə bunları deyib:
"Bir komandanı çempion etmək üçün hazırladığınız plan Türkiyə futbolunu alt-üst edib. Bunu son dəfə Haluk Ulusoyun idraəçiliyi vaxtı görmüşdüm.
Biz iki ildir ki, televiziya kanallarında sizi duelə çağırırıq. İnsanlar iki insanın da həqiqətən kim olduğunu görsünlər. Bu gün artıq gec oldu. Bu necə də ucuz kobudluqdur. Həftəiçi istənilən kanalda üz-üzə gələk. Buna "Qalatasaray TV" də daxildir. İstəyirsə, lap sabah görüşək. Cənab prezidentin cəsarətlənməyinə sevindim. Bu gün onu daha çox ayaq üstə saxlamayaq. Qarşıda gələn cümə günü bizi dəvət etsin, ekrana çıxmağa hazırıq.
Çempionluğun aqibəti son tura qaldı. Normal şərtlər altında "Konyaspor"un "Qalatasaray"ı məğlub etməsi mümkündür. Ancaq Türkiyə Superliqasında şərtlər normal deyil. Allah bilir, matça hansı hakimi təyin edəcəklər, nə oyunlar quracaqlar. "Fənərbaxça" tarixinin ən yüksək xalını topladıq, amma sistemi məğlub edə bilmədik.
Dursun Özbek kiçik bir mübahisəyə görə bizi duelə çağırır. Artıq bunu edib. Bu duelə gəlmək məcburiyyətindədir. Qaçış yoxdur! Ər meydanında gözləyirik".
Qeyd edək ki, mövsümün sonuna 1 tur qalmış Superliqanın sıralamasında "Qalatasaray" 99 xalla 1-ci, "Fənərbaxça" isə 96 xalla 2-cidir.
Sarri qovula bilər
Premyer Liqa klubları onu hədəfə aldı
Ronaldodan iddialı baş məşqçi təklifi
“Baku Sportinq”in qələbəsindən - Video
Çempionlar Liqasının favorit klubu hansıdır?
“Qarabağ”dan “Azərsun Arena” ilə bağlı yeni qərar
"Fənərbaxça"dan gedir
Millinin sabiq üzvünə klubda vəzifə verildi
ÇL-də həftənin komandasında kimlər var?
Mbappe sıraya dönür, Bellinqem hələ də zədəlidir
Het-trik etdi, ÇL-də həftənin ən yaxşısı seçildi
"Finalissima" matçı "Real"ın stadionunda keçiriləcək?
"Mançester Siti"nin futbolçusu La Liqaya keçə bilər
"Real"ın penaltisini dəf edən qapıçı hakimə nə deyib?
“Şəfa” klubunda yeni təyinat
"Baku Sportinq" və "Səbail"dən qələbə
Azərbaycan millisi 0:11 hesabı ilə uduzdu
Qrem Potterlə müqavilə uzadıldı
"Futbolçularım çaşqınlıq içindədirlər"
"Karvan-Yevlax"ın üç legioneri milliyə çağırıldı
"PSJ bununla kifayətlənməyəcək"
Sarı vərəqəni qəsdənmi alıblar? - UEFA cəzalandıra bilər
"Siz "Real"ın uşaq bağçası olduğunu düşünürsünüz"
Azərbaycanı Avropa Açıq Turnirində təmsil edəcək cüdoçular
Raulun rekordu qırıldı
"Bayer"'ə qol vurdu, "məni bağışla!" dedi
Misli Premyer Liqasında 24-cü turun hakimləri açıqlandı
"1:7 uduzan məşqçidən nə hərəkət gözləyirsiniz?"
Avrokubokların oyunlarını yayımlayacaq kanallar
"Üç qardaş eyni liqadayıq, xoşbəxtik" - Coy Lens Mikels
Arda-Haaland mübarizəsi yenə gündəm oldu - Video
Azərbaycan boksçuları 4 medal qazandı