Türkiyə Superliqasının 37-ci turunun "Qalatasaray" - "Fənərbaxça" oyunundan (0:1) sonra qalmaqal yaşanıb.
QOL.az xəbər verir ki, "Fənərbaxça"nın futbolçuları matçdan sonra meydana qayıdaraq klub prezidenti Ali Koç və digər nümayəndələr ilə birlikdə qələbəni qeyd etmək istəyiblər. İlk cəhddə buna icazə verilməsə də, daha sonra onlar istəklərinə nail olublar. Bu vaxt "Rams Qlobal Stadionu"nun işıqları söndürülüb. Futbolçulardan İrfan Can Eğribayat və Mert Hakan Yandaş meydanın ortasında "Fənərbaxça" bayrağı açıblar.
Həmin anda "Qalatsaray" idarəçiləri meydana daxil olublar və tərəflər arasında gərginlik yaşanıb. Məsələyə polislər müdaxilə ediblər. Həmçinin bildirilir ki, meydanda Ali Koç və "Qalatasaray"ın baş katibi Eray Yazgan arasında da gərginlik olub. Ali Koç Eray Yazgana deyib: "Buradan çıxmasan, döyüləcəksən". Eyni zamanda futbolçuların əlindəki bayrağın aradan qaldırılmasını istəyən stadion rəhbəri Ali Çelikkıran, "Qalatasaray"ın bir neçə nümayəndəsi və klub prezidenti Dursun Özbekin sürücüsü də döyülüb.
Daha sonra Ali Koç və digər "Fənərbaxça" nümayəndələri paltardəyişmə otağına tərəf yönəliblər. Həmin vaxt Ali Koç "İşimiz bitdi, gedə bilərik" deyə sözlər səsləndirib.
Digər tərəfdən "Fənərbaxça" "Rams Qlobal Stadionu"ndan gedərkən "Qalatasaray" nümayəndələri onları təqib etmək istəyib. Lakin polis buna mane olub. "Qalatasaray"ın vitse-prezidenti Erden Timur gərginliyi aradan qaldırmağa çalışıb.
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu
“Real”ın zədəli futbolçularından xəbər var
"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."
“Mançester Siti”dən Premyer Liqa qərarına etiraz
“Qaradağ Lökbatan”ın 4 qollu qələbəsindən - Video
“Türkiyə üzərindəki qələbə bizim üçün dəyərlidir”
Tuxel UEFA Millətlər Liqasının yeni formatını tənqid etdi
2-ci liqada 5-ci tura yekun vuruldu
İtaliya klubunda yeni baş məşqçi
Rafinya zədələndi
Misli Premyer Liqasında daha 6 oyunun vaxtı məlum oldu
Vinisius Juniorla bağlı şok iddia: Qaçırılıb...
Jiru karyerasını başa vurur
Misli Premyer Liqasında oyunların saatı bilindi
"Çelsi"yə "hə" dedi
Azərbaycan - Lixtenşteyn oyununun hakimləri açıqlandı
İlham Əliyev FİFA prezidentini qəbul etdi - Şəkillər
Canni İnfantino Bakıya gəldi
“Ay-ulduzu daşıyan heç kim fitə layiq deyil” - Fatih Terim
Ançelottidən tənqidlərə cavab
"Xankəndi"nin yeni baş məşqçisi açıqlandı
Azərbaycan millisi mübarizəyə final mərhələsindən başlayacaq
Türkiyədə Hakimlər Komitəsinin sədri saxlanıldı
Məşhur klub 1,37 milyard avroya yeni stadion tikir
Bursada İtaliya şousu - Video
Yamaykadan “Qarabağ”a məyusedici xəbər gəldi
UEFA Mbappenin qardaşını 3 oyunluq cəzalandırdı
Marko Yankoviç İrəvanda - Şəkil
Varkonyinin millidəki debütu baş tutmadı
Puxaç millidə əsas heyətdə oyuna çıxdı
“Qarabağ”ın qapıçısı oynadı, komandası qalib gəldi
Türkiyə İtaliyaya, Belçika Fransaya uduzdu
“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır
"Ronaldo ilə danışmalıyam"
Yankoviçin millisi qələbə qazandı
Türkiyə - İtaliya matçının heyətləri açıqlandı
Yığmanın oyunlarını buraxacaq
Şamaxıda vurulan 5 qol - Video