Bu gün AFFA-nın prezidenti Rövşən Nəcəflə Avstriya Futbol Assosiasiyasının (ÖFB) baş katibi Tomas Hollerer arasında görüş keçirilib.
QOL.az xəbər verir ki, görüşdə AFFA və ÖFB arasında qarşılıqlı əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb. Əsasən uşaq futbolu, kütləvi futbol və qadın futbolu müzakirə mövzuları olub.
R.Nəcəf AVRO-2024 çərçivəsində keçirəcəyi oyunlarda Avstriya milli komandasına uğurlar arzulayıb.
T.Hollerer xoş arzulara görə AFFA prezidentinə təşəkkürünü bildirib.
Bu gün AFFA-nın prezidenti Rövşən Nəcəflə Danimarka Futbol Assosiasiyasının (DBU) prezidenti və UEFA-nın İcraiyyə Komitəsinin üzvü Yesper Möller arasında da görüş keçirilib.
Görüşdə AFFA və DBU arasında qarşılıqlı əməkdaşlıqla bağlı ətraflı fikir mübadiləsi aparılıb. Əsasən uşaq futbolunun və hakimliyin inkişafı, eləcə də daxili liqaların formatı barədə müzakirələr olub.
R.Nəcəf AVRO-2024 çərçivəsində keçirəcəyi oyunlarda Danimarka milli komandasına uğurlar arzulayıb.
Y.Möller xoş arzulara görə AFFA prezidentinə təşəkkürünü bildirib.
Rafinya zədələndi
"Çelsi"yə "hə" dedi
“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır
"Ronaldo ilə danışmalıyam"
Yankoviçin millisi qələbə qazandı
Türkiyə - İtaliya matçının heyətləri açıqlandı
Yığmanın oyunlarını buraxacaq
Şamaxıda vurulan 5 qol - Video
"Liverpul"un yetirməsi "Mançester Yunayted"də
“Barselona”nın zədəli futbolçusundan xəbər var
“Fənərbaxça” transfer qadağasından xilas olur
“Azərbaycanla cavab matçını səbirsizliklə gözləyirəm”
“Yuventus” yeni qapıçı transfer etdi
İngiltərə - Çexiya matçı türkiyəli hakimə tapşırıldı
2-ci liqada 5-ci tura start verildi