Niderland futbolunun əfsanəsi Robin van Persi “Herenven”in baş məşqçisi vəzifəsinə təyin olunub.
QOL.az xəbər verir ki, bu haqda klubun yaydığı açıqlamada bildirilib.
Bu, məşhur eks-futbolçunun baş məşqçi vəzifəsinə ilk təyinatıdır.
Qeyd olunur ki, van Persi Niderland klubu ilə 2 illik müqavilə imzalayıb. Daha əvvəl Robin “Feyenoord”un məşqçilər korpusunda çalışıb.
Xatırladaq ki, 40 yaşlı Robin van Persi futbolçu karyerası ərzində "Feyenoord", "Arsenal", "Mançester Yunayted" və bir sıra başqa klublarda çıxış edib. O, iki dəfə Premyer Liqanın "Qızıl buts"unu qazanıb. Van Persi Niderland millisinin tarixində ən çox qol vuran futbolçudur.
Qeyd edək ki, "Herenven" hazırda Niderland yüksək liqasında yarışır. Komanda 33 oyundan 37 xalla 10-cu yerdədir.
Rafinya zədələndi
"Çelsi"yə "hə" dedi
“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır
"Ronaldo ilə danışmalıyam"
Yankoviçin millisi qələbə qazandı
Türkiyə - İtaliya matçının heyətləri açıqlandı
Yığmanın oyunlarını buraxacaq
Şamaxıda vurulan 5 qol - Video
"Liverpul"un yetirməsi "Mançester Yunayted"də
“Barselona”nın zədəli futbolçusundan xəbər var
“Fənərbaxça” transfer qadağasından xilas olur
“Azərbaycanla cavab matçını səbirsizliklə gözləyirəm”
“Yuventus” yeni qapıçı transfer etdi
İngiltərə - Çexiya matçı türkiyəli hakimə tapşırıldı
2-ci liqada 5-ci tura start verildi