Türkiyənin “Beşiktaş” və “Fənərbaxça” klublarının “Qarabağ”ın futbolçusu Leandro Andradenin xidmətində maraqlı olduqları bildirilir.
QOL.az xəbər verir ki, bu iddia ilə Portuqaliyanın “A Bola” nəşri çıxış edib. Bununla əlaqədar Türkiyənin hər iki təmsilçisinin Ağdam klubuna müraciət etdiyi də qeyd olunub. Lakin bu təklifin qəbul edilmədiyi vurğulanıb.
Bildirilib ki, “Qarabağ” futbolçusu üçün onun müqaviləsində göstərildiyi kimi 4 milyon avro təzminat tələb edib.
Həmçinin iddia olunur ki, Rusiyanın 3 klubunun nümayəndəsi də Kabo-verdeli yarımmüdafiəçinin agenti ilə əlaqə quraraq mümkün transfer şərtlərini öyrəniblər.
“Qarabağ” klubundan QOL.az-a verilən açıqlamada Andradeyə görə heç bir rəsmi təklif almadıqları vurğulanıb.
Xatırladaq ki, 24 yaşlı Andrade bu ilin fevralında “Qarabağ”la müqaviləsini 2027-ci ilin iyununa kimi uzadıb.
Rafinya zədələndi
"Çelsi"yə "hə" dedi
“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır
"Ronaldo ilə danışmalıyam"
Yankoviçin millisi qələbə qazandı
Türkiyə - İtaliya matçının heyətləri açıqlandı
Yığmanın oyunlarını buraxacaq
Şamaxıda vurulan 5 qol - Video
"Liverpul"un yetirməsi "Mançester Yunayted"də
“Barselona”nın zədəli futbolçusundan xəbər var
“Fənərbaxça” transfer qadağasından xilas olur
“Azərbaycanla cavab matçını səbirsizliklə gözləyirəm”