Müqavilə ilə "Real"a məxsus olan, hazırda “Palmeyras”da oynayan Endrik zədələnib.
QOL.az xəbər verir ki, 17 yaşlı hücumçu Libertadores Kubokunun qrup mərhələsinin 5-ci oyununda - Ekvadorun “İndependyente” komandası ilə görüşdə sıradan çıxıb.
Endrik oyuna davam edə bilməyib və meydanı xərəkdə tərk edib.
"Real" ötən ilin dekabr ayında Endriki 45 milyon avroya "Palmeyras"dan transfer edib. Lakin tərəflər onun 18 yaşı tamam olanadək - bu ilin yayınadək "Palmeyras"da oynamasına qərar veriblər. Endrik bu yay Madrd təmsilçisinin əsas komandasına qoşulacaq.
Braziliyalı futbolçu "Palmeyras"ın yetirməsidir. O, ümumilikdə əsas komandada 80 oyun keçirib, 21 qol vurub və 4 qolun ötürməsini edib. Endrik Braziliyada ötən mövsümün ən yaxşı futbolçusu seçilib.
Rafinya zədələndi
"Çelsi"yə "hə" dedi
“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır
"Ronaldo ilə danışmalıyam"
Yankoviçin millisi qələbə qazandı
Türkiyə - İtaliya matçının heyətləri açıqlandı
Yığmanın oyunlarını buraxacaq
Şamaxıda vurulan 5 qol - Video
"Liverpul"un yetirməsi "Mançester Yunayted"də
“Barselona”nın zədəli futbolçusundan xəbər var
“Fənərbaxça” transfer qadağasından xilas olur