Azərbaycan cüdo millisinin dünya çempionatı üçün heyəti açıqlandı

Azərbaycan cüdo millisinin dünya çempionatı üçün heyəti açıqlandı
XƏBƏR 14 May 2024 / 15:56 1473
-  A +

Azərbaycanı cüdo üzrə dünya çempionatında təmsil edəcək idmançıların adları açıqlanıb. 

QOL.az xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçiriləcək turnirə 100-dən çox ölkədən 700-ə yaxın cüdoçu qatılacaq.

Azərbaycan mayın 19-23-ü aralığında reallaşacaq yarışda 8 çəki dərəsində təmsil olunacaq. Millimiz dünya çempionatına məşqçilər Riçard Trautman və Rəşad Məmmədovun rəhbərliyi altında 9 kişi və 2 qadın idmançı ilə qatılacaq.

Kişilərin mübarizəsində 60 kq çəkidə Balabəy Ağayev və Turan Bayramov, 66 kq-da Yaşar Nəcəfov və Kamran Süleymanov, 73 kq-da Hidayət Heydərov, 81 kq-da Zelim Tçkayev, 90 kq-da Elcan Hacıyev və Vüqar Talıbov, 100 kq-da isə Zelim Kotsoyev Azərbaycana medal qazandırmağa çalışacaq.

Qadınların mübarizəsində isə 48 kq çəkidə ölkəmizi Leyla Əliyeva, 57 kq çəkidə Acelya Toprak təmsil edəcək.

Daha çox


Qarabağ FK
Son xəbərlər
29.09.26  17:17

Rafinya zədələndi

29.09.26  12:49

"Çelsi"yə "hə" dedi

topaz banner