Varan "Mançester Yunayted"dən gedir - Rəsmi

Varan "Mançester Yunayted"dən gedir - Rəsmi
XƏBƏR 14 May 2024 / 14:49 3034
-  A +

"Mançester Yunayted" müdafiəçisi Rafael Varanla yolları ayıracaq.

QOL.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Premyer Liqa təmsilçisi 31 yaşlı fransalının cari mövsümün sonunda komandanı tərk edəcəyini açıqlayıb. Tərəflər arasındakı müqavilə bu ilin yayınadək nəzərdə tutulmuşdu. 

Qeyd edək ki, Varan 2021-ci ilin yayında "Real"dan "qırmızı şeytanlar"a keçmişdi. O, zədəli olduğu üçün aprelin 4-dən - "Çelsi" ilə matçdan sonra meydana çıxmayıb.

Daha çox


Son xəbərlər
topaz banner