Xəbər verdiyimiz kimi, ötən gün AFFA İcraiyyə Komitəsinin iclası keçirilib və növbəti futbol mövsümü ilə əlaqədar qərarlar qəbul edilib. Bu qərarlara əsasən, Premyer Liqada 2024/25 mövsümü üçün komanda sayı artırılmayacaq, idman prinsipləri qorunacaq. Bu da o deməkdir ki, "Qəbələ" 1-ci liqaya düşəcək və 1-ci liqanın qalibi olan komanda elitaya yüksələcək.
Həmçinin Premyer Liqada legioner limitinin dəyişdirilməməsi, hazırkı 7+4 limitinin qüvvədə qalması qərara alınıb. 2025/2026-cı illər mövsümündə isə legioner limiti 8+3 olacaq.
Futbol mütəxəssisi Yunis Hüseynov İcraiyyə Komitəsinin bu qərarları ilə əlaqədar QOL.az saytına açıqlama verib. O, "Qəbələ"nin Premyer iqadan getməsinə məyus olsa da, idman prinsiplərini dəstəklədiyini bildirib:
"Əlbəttə ki, "Qəbələ"nin Premyer Liqanı tərk etməsini istəməzdik. Lakin bu qanun əvvəldən var idi. İdman prinsiplərinin qorunmasına görə, Premyer Liqada sonuncu yeri tutan komanda 1-ci liqaya düşməli, 1-ci liqada lider olan komanda isə elitaya gəlməlidir. Amma hər bir mütəxəssis, hər bir jurnalist "Qəbələ"nin çempionatda qalmasını istəyirdi. Bu da onunla əlaqədardır ki, "Qəbələ"nin stadionu, infrastrukturu yüksək səviyyədədir, akademiyası var. Belə bir klubu 1-ci liqada yox, Premyer Liqada görmək istəyərdik. Lakin idman prinsiplərinin qorunmasına görə "Qəbələ" gedəcək. AFFA-nın verdiyi qərarlardan görünür ki, gələn il Premyer Liqada klubların sayı artırılacaq. Ümid edək ki, "Qəbələ" növbəti mövsüm özünü 1-ci liqada yaxşı tərəfdən göstərəcək və Premyer Liqaya qayıdacaq".
Y.Hüseynov Premyer Liqada legioner limitinin dəyişdirilməməsinin tərəfdarı olduğunu deyib: "Legioner limiti də dəyişmədi, 7+4 olaraq qaldı. Amma limitin növbəti il 8+3 olacağı bildirildi. Məncə, elə 7+4 qalmağı daha yaxşı olar. Çünki komandalarda legioner sayının çox olması milli komandamıza da təsir edəcək. Komanda sayı 12-yə yüksəldilsə belə , onların start heyətində 3 yerli futbolçu oynayanda ümumilikdə 36 yerli futbolçu olur. Bu, millimizə təsir edəcək. Ona görə də 7+4 qaydası daha yaxşıdır".
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu
“Real”ın zədəli futbolçularından xəbər var
"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."
“Mançester Siti”dən Premyer Liqa qərarına etiraz
“Qaradağ Lökbatan”ın 4 qollu qələbəsindən - Video
“Türkiyə üzərindəki qələbə bizim üçün dəyərlidir”
Tuxel UEFA Millətlər Liqasının yeni formatını tənqid etdi
2-ci liqada 5-ci tura yekun vuruldu
İtaliya klubunda yeni baş məşqçi
Rafinya zədələndi
Misli Premyer Liqasında daha 6 oyunun vaxtı məlum oldu
Vinisius Juniorla bağlı şok iddia: Qaçırılıb...
Jiru karyerasını başa vurur
Misli Premyer Liqasında oyunların saatı bilindi
"Çelsi"yə "hə" dedi
Azərbaycan - Lixtenşteyn oyununun hakimləri açıqlandı
İlham Əliyev FİFA prezidentini qəbul etdi - Şəkillər
Canni İnfantino Bakıya gəldi
“Ay-ulduzu daşıyan heç kim fitə layiq deyil” - Fatih Terim
Ançelottidən tənqidlərə cavab
"Xankəndi"nin yeni baş məşqçisi açıqlandı
Azərbaycan millisi mübarizəyə final mərhələsindən başlayacaq
Türkiyədə Hakimlər Komitəsinin sədri saxlanıldı
Məşhur klub 1,37 milyard avroya yeni stadion tikir
Bursada İtaliya şousu - Video
İngiltərə Çexiyaya, İspaniya Xorvatiyaya qarşı
Yamaykadan “Qarabağ”a məyusedici xəbər gəldi
UEFA Mbappenin qardaşını 3 oyunluq cəzalandırdı
Marko Yankoviç İrəvanda - Şəkil
Varkonyinin millidəki debütu baş tutmadı
Puxaç millidə əsas heyətdə oyuna çıxdı
“Qarabağ”ın qapıçısı oynadı, komandası qalib gəldi
Türkiyə İtaliyaya, Belçika Fransaya uduzdu
“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır
"Ronaldo ilə danışmalıyam"
Yankoviçin millisi qələbə qazandı
Türkiyə - İtaliya matçının heyətləri açıqlandı
Yığmanın oyunlarını buraxacaq
Şamaxıda vurulan 5 qol - Video
"Liverpul"un yetirməsi "Mançester Yunayted"də
“Barselona”nın zədəli futbolçusundan xəbər var
“Fənərbaxça” transfer qadağasından xilas olur