"Bavariya"ya "yox" dedi

"Bavariya"ya "yox" dedi
XƏBƏR 14 May 2024 / 09:28 2585
-  A +

"Bavariya"nın keçmiş baş məşqçisi Hans-Diter Flik kluba qayıtmayacaq.

QOL.az xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb.

2 gün əvvəl Münhen təmsilçisi 59 yaşlı mütəxəssisə müqavilə təklif edib. Flik isə klubun qarşısına iki şərt qoyub. O, sözləşmənin 1 illik yox, uzunmüddətli olmasını tələb edib. Üstəlik, Hans-Diter Flik Miroslav Kloze və Toni Tapaloviçin klubda onun köməkçisi olmasını istəyib. "Bavariya" və mütəxəssis müqavilə ilə bağlı razılığa gələ bilməyiblər.

Xəbərdə bu da bildirilir ki, "Bavariya" "Brayton"un baş məşqçisi Roberto De Zerbini baş məşqçi təyin etməyi nəzərdən keçirir. 44 yaşlı mütəxəssisin "Brayton"la müqaviləsi 2026-cı ilin yayında başa çatır.

Xatırladaq ki, Flik ötən ilin sentyabrından işsizdir.  Onun son iş yeri Almaniya millisi olub. Mütəxəssis 2019-2021-ci illərdə də "Bavariya"ya baş məşqçilik edib. 

Daha çox


Son xəbərlər
topaz banner