İngiltərə klubu baş məşqçisi ilə müqaviləni uzatdı

İngiltərə klubu baş məşqçisi ilə müqaviləni uzatdı
XƏBƏR 13 May 2024 / 16:52 1691
-  A +

"Bornmut" baş məşqçisi Andoni İraola ilə müqaviləni uzadıb.

QOL.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Tərəflər arasında yeni sözləşmə 2026-cı ilin yayına qədər nəzərdə tutulub.

42 yaşlı mütəxəssis ötən yaydan "Bornmut"a rəhbərlik edir. Bu müddət ərzində komanda 43 oyun keçirib, 17 qələbə qazanıb, 9 dəfə heç-heçə edib və 17 dəfə uduzub. 

"Bornmut" hazırda Premyer Liqanın turnir cədvəlində 11-ci yerdədir. İraola isə mövsümün ən yaxşı məşqçisi adına namizədlərdən biridir. 


Qarabağ FK
Son xəbərlər
29.09.26  17:17

Rafinya zədələndi

29.09.26  12:49

"Çelsi"yə "hə" dedi

topaz banner