"Bavariya" iki oyunçu ilə yolları ayırdığını açıqladı

"Bavariya" iki oyunçu ilə yolları ayırdığını açıqladı
XƏBƏR 13 May 2024 / 12:45 4115
-  A +

"Bavariya"nın iki futbolçusu mövsümün sonunda komandadan ayrılacaq.

QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

35 yaşlı kamerunlu hücumçu Erik Şupo-Motinq və 32 yaşlı seneqallı müdafiəçi Bouna Sarr yayda Münhen təmsilçisini azad agent kimi tərk edəcəklər. Futbolçularla vida mərasimi "Volfsburq"la son ev oyunundan (2:0) əvvəl baş tutub. 

"Bavariya"nın heyətində 122 oyun keçirən Erik 38 qol vurub, 13 qolun ötürməsini verib. Sarr isə 4 mövsüm ərzində 33 matça çıxıb, 1 qol vurub və 4 qolun ötürməsini verib.

Daha çox


Son xəbərlər
topaz banner