“Qarabağ” rekordunu təkrarladı

“Qarabağ” rekordunu təkrarladı
XƏBƏR 13 May 2024 / 10:44 2305
-  A +

"Qarabağ” Misli Premyer Liqasının 2023/24 mövsümündə 91-ci qolunu vurub.

QOL.az PFL-in saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi bu rəqəmə 34-cü turun “Zirə” ilə matçındakı 1:0 hesablı səfər qələbəsi ilə çatıb.

Qurban Qurbanovun baş məşqçisi olduğu komanda bununla da tarixinin rekordunu təkrarlayıb. “Qarabağ”ın ən çox qol vurduğu mövsüm ötən çempionat olub. Ağdamlılar 2022/23 mövsümündə 91 dəfə fərqləniblər. Həmin göstəricini təkrarlayan “Qarabağ” qarşıdakı iki turda rekordunu yeniləmək imkanına malikdir.

Qeyd edək ki, çempion son iki turda “Turan Tovuz”la evdə, “Araz-Naxçıvan”la səfərdə qarşılaşacaq.


Qarabağ FK
Son xəbərlər
29.09.26  17:17

Rafinya zədələndi

29.09.26  12:49

"Çelsi"yə "hə" dedi

topaz banner