Mbappeni fitə basdılar

Mbappeni fitə basdılar
XƏBƏR 13 May 2024 / 09:00 2940
-  A +

Bəzi PSJ azarkeşləri hücumçu Kilian Mbappeni klubdakı son ev oyununda fitə basıblar.

QOL.az xəbər verir ki, 2 gün əvvəl futbolçu bu yay komandadan ayrılacağını açıqlayıb. O, dünən PSJ ilə son ev oyununu keçirib. Mbappe Liqa 1-in 33-cü turunda "Tuluza" ilə görüşdə (1:3) meydana çıxıb.

Matçdan əvvəl PSJ azarkeşləri Mbappeni fitə basıblar. Eyni zamanda, paytaxt təmsilçisinin azarkeşlərinin bir hissəsi fransalı forvardın ev oyununda onun şərəfinə pankart hazırlayıb.

Xatırladaq ki, Mbappe 2018-ci ildən bu klubda çıxış edir.


Qarabağ FK
Son xəbərlər
29.09.26  17:17

Rafinya zədələndi

29.09.26  12:49

"Çelsi"yə "hə" dedi

topaz banner