"Zirə"nin futbolçusu Anar Nəzirov Misli Premyer Liqasının 34-cü turunda "Qarabağ"a 0:1 hesabı ilə uduzduqları matçdan sonra jurnalistlərə açıqlama verib.
QOL.az xəbər verir ki, 38 yaşlı qapıçı əvvəlcə oyun barədə fikirlərini bölüşüb: ”Qarabağ”ın keyfiyyətinə və oyununa söz ola bilməz. O haqda danışmaq bizə düşmür. Gördünüz ki, onlara qarşı "Zirə" necə mübarizə apardı. Son illər "Qarabağ"ın əsas heyətinə qarşı belə oyun görmüşdünüz? Hakimlərdən danışmaq istəmirəm. O epizoda penalti verilirsə… Onda hər epizoda penalti verilməlidir. Orda təmas olmalıdır. Durub keçdiyinə baxası deyil ki. Penalti gözləmirdim. Olmayan şeyi necə gözləyim? Neçə dəfələrlə başımıza gəlir. Bizi sındıra bilməzlər. Kim nə edir, etsin. Biz elə bir kollektivik ki, sona kimi döyüşəcəyik. İnşallah, avrokuboklara gedəcəyik. Penaltini çıxarsaydım lap əla olardı. Amma olmadı”.
O, uzun müddət sonra əsas heyətə qayıtmağı barədə də danışıb: “Komanda elədir ki, uyğunlaşma problemi olmur. Mənim də az yaşım yoxdur. Az da olsa, təcrübəm var. Komandanın vuruşacağına heç şübhə yox idi. Bir il oynayıb-oynamamağım rol oynamır”.
A.Nəzirov “Penaltinin fasilədəki söhbətə necə təsiri oldu?” sualına belə cavab verib: “Bizim başımıza onsuz hər dəfə belə şeylər gəlir. Biz də öyrəşmişik. Həm rəqibə qarşı hazırlaşırıq, həm də qərəzli hakim qərarlarına qarşı. Bu, bizə motivasiya verir”.
O, yayda bitəcək müqaviləsi haqda qərar vermədiyini qeyd edib: “Mən bu günlə yaşayan adamam. Elə bir qərarı bu dəqiqə demək çətindir. Qalıb-qalmayacağım barədə nəsə demək çətindir. Kubok matçından sonra açıqlanacaq. Qarşıda oyunlar var deyə belə qərar vermək düzgün deyil. Bu dəqiqə elə bir qərardan söhbət gedə bilməz. Bizim hədəfimiz ölkə kuboku və avrokuboklara vəsiqə qazanmaqdır. Hamı bir nəfər kimi bunun üçün çalışır”.
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu
“Real”ın zədəli futbolçularından xəbər var
"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."
“Mançester Siti”dən Premyer Liqa qərarına etiraz
“Qaradağ Lökbatan”ın 4 qollu qələbəsindən - Video
“Türkiyə üzərindəki qələbə bizim üçün dəyərlidir”
Tuxel UEFA Millətlər Liqasının yeni formatını tənqid etdi
2-ci liqada 5-ci tura yekun vuruldu
İtaliya klubunda yeni baş məşqçi
Rafinya zədələndi
Misli Premyer Liqasında daha 6 oyunun vaxtı məlum oldu
Vinisius Juniorla bağlı şok iddia: Qaçırılıb...
Jiru karyerasını başa vurur
Misli Premyer Liqasında oyunların saatı bilindi
"Çelsi"yə "hə" dedi
Azərbaycan - Lixtenşteyn oyununun hakimləri açıqlandı
İlham Əliyev FİFA prezidentini qəbul etdi - Şəkillər
Canni İnfantino Bakıya gəldi
“Ay-ulduzu daşıyan heç kim fitə layiq deyil” - Fatih Terim
Ançelottidən tənqidlərə cavab
"Xankəndi"nin yeni baş məşqçisi açıqlandı
Azərbaycan millisi mübarizəyə final mərhələsindən başlayacaq
Türkiyədə Hakimlər Komitəsinin sədri saxlanıldı
Məşhur klub 1,37 milyard avroya yeni stadion tikir
Bursada İtaliya şousu - Video
Yamaykadan “Qarabağ”a məyusedici xəbər gəldi
UEFA Mbappenin qardaşını 3 oyunluq cəzalandırdı
Marko Yankoviç İrəvanda - Şəkil
Varkonyinin millidəki debütu baş tutmadı
Puxaç millidə əsas heyətdə oyuna çıxdı
“Qarabağ”ın qapıçısı oynadı, komandası qalib gəldi
Türkiyə İtaliyaya, Belçika Fransaya uduzdu
“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır
"Ronaldo ilə danışmalıyam"
Yankoviçin millisi qələbə qazandı
Türkiyə - İtaliya matçının heyətləri açıqlandı
Yığmanın oyunlarını buraxacaq
Şamaxıda vurulan 5 qol - Video
"Liverpul"un yetirməsi "Mançester Yunayted"də
“Barselona”nın zədəli futbolçusundan xəbər var