Ramilin komandası mövsümün son oyununda uduzdu

Ramilin komandası mövsümün son oyununda uduzdu
XƏBƏR 11 May 2024 / 23:00 2598
-  A +

Türkiyə 1-ci Liqasında bu mövsümün sonuncu-34-cü turun oyunları keçirilib.

QOL.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin çıxış etdiyi "Kocaelispor" bu gün "Sakaryaspor"u qəbul edib və 0:2 hesabı ilə uduzub.

Ramil Şeydayev görüşə ehtiyat oyunçular skamyasında başlayıb və 60-cı dəqiqədə meydana daxil olub

34 turdan sonra 55 xal toplayan "Kocaelispor" mövsümü 6-cı pillədə başa vurub. Komanda Superliqaya yüksəlmək üçün pley-offda iştirak edəcək.

Daha çox


Son xəbərlər
topaz banner