"Barselona" bu 4 oyunçudan başqa istənilən futbolçunu satmağa hazırdır

"Barselona" bu 4 oyunçudan başqa istənilən futbolçunu satmağa hazırdır
XƏBƏR 11 May 2024 / 11:17 4466
-  A +

"Barselona" bu yay bəzi futbolçularını satmağı planlaşdırır.

QOL.az xəbər verir ki, bu barədə RAC1 məlumat yayıb. Yalnız 4 oyunçu Kataloniya təmsilçisi üçün toxunulmazdır. Bunlar qapıçı Mark-Andre ter Ştegen, müdafiəçi Pau Kubarsi, yarımmüdafiəçi Qavi və cinah yarımmüdafiəçisi Lamin Yamaldır. Klub bu futbolçuları çox böyük məbləğ qarşılığında belə satmayacaq.

"Barselona" Ronald Arauxo, Frenki de Yonq, Rafinya və Jül Kunde ilə yolları ayırmağı planlaşdırır.

Qeyd edək ki, "Barselona" hazırda La Liqada 3-cü yerdədir. "Real" artıq turnirdə çempionluğu rəsmiləşdirib.

Daha çox


Qarabağ FK
Son xəbərlər
29.09.26  17:17

Rafinya zədələndi

29.09.26  12:49

"Çelsi"yə "hə" dedi

topaz banner