"Bavariya"nın futbolçusu "Real"la oyunu buraxacaq

"Bavariya"nın futbolçusu "Real"la oyunu buraxacaq
XƏBƏR 5 May 2024 / 15:58 2172
-  A +

"Bavariya"nın müdafiəçisi Rafael Qerreyro Çempionlar Liqasının yarımfinalının "Real"la cavab matçında meydana çıxmayacaq.

QOL.az xəbər verir ki, bu barədə Münhen klubunun mətbuat xidməti məlumat yayıb.

Futbolçu Bndesliqasının 32-ci turunun "Ştutqart"la matçında (1:3) zədələnib. Portuqaliyalının diz oynağında və çarpaz bağlarında zədə aşkarlanıb. Bu səbəbdən Qerreyro sözügedən oyununu buraxacaq.

"Real" - "Bavariya" oyunu mayın 8-də, Madriddəki "Santyaqo Bernabeu" stadionunda keçiriləcək. Bu komandalar arasında ilk oyun 2:2 hesabı ilə başa çatıb.

Daha çox


Qarabağ FK
Son xəbərlər
29.09.26  17:17

Rafinya zədələndi

29.09.26  12:49

"Çelsi"yə "hə" dedi

topaz banner