"Sumqayıt" rekordunu yenilədi

"Sumqayıt" rekordunu yenilədi
XƏBƏR 1 Aprel 2024 / 20:56 1629
-  A +

“Sumqayıt” tarixi ərzində bir mövsümdə ən çox xalı toplayıb. 

QOL.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda bu nailiyyətə Misli Premyer Liqasının 2023/2024 mövsümünün 28-ci turunun “Araz-Naxçıvan”la oyununda qazandığı qələbə sayəsində çatıb. Belə ki, bu mövsümdə xallarının sayını 42-ə çatdıran Samir Abasovun baş məşqçisi olduğu kollektiv bununla da tarixi rekorda imza atıb. 

Qeyd edək ki, “Sumqayıt”  bundan öncə ən çox xalı da məhz Samir Abasovun rəhbərliyi altında 2017/2018 mövsümünün yekununda toplamışdı – 40 xal. Sözügedən mövsümdə Misli Premyer Liqasında 8 komanda mübarizə aparırdı və ümumilikdə 28 tur oynanılmışdı.


Son xəbərlər
03.06.26  16:24

UFC turniri Ağ Evdə!

topaz banner