"Sabah" İtaliyadakı turnirdə 5-ci oldu

"Sabah" İtaliyadakı turnirdə 5-ci oldu
XƏBƏR 1 Aprel 2024 / 19:55 1286
-  A +

İtaliyanın Ravenna şəhərində, "Ravenna Cup" beynəlxalq turnirində iştirak edən "Sabah"ın U-13 komandası son oyununu keçirib. 

QOL.az xəbər verir ki, komanda pley-off mərhələsində İtaliyanın "Monteserra" klubuyla qarşılaşıb. 0:0 hesabı ilə başa çatan matçın penaltilər seriyasında məğlub olan Nasir Nəsirlinin komandası turnirdə çıxışını başa vurub. 

"Monteserra" yarışın qalibi olub. "Sabah" isə "Ravenna Cup"ı 35 komanda arasında 5-ci pillədə başa vurub.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner