Macarıstan - Azərbaycan oyununun hakimləri bilindi

Macarıstan - Azərbaycan oyununun hakimləri bilindi
XƏBƏR 1 Aprel 2024 / 16:53 3118
-  A +

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsi çərçivəsində səfərdə Macarıstana qarşı keçirəcəyi oyunun hakim təyinatları bəlli olub.

QOL.az xəbər verir ki, bu barədə UEFA-nın saytı məlumat yayıb. Matçı İngiltərədən olan hakimlər idarə edəcəklər.

Referi Kirsti Doula olacaq. Ona yan xətt hakimləri qismində Sofi Denninqton və Rubi Saykes köməklik edəcəklər. Dördüncü hakim funksiyasını Emil Heaslip yerinə yetirəcək.

Qeyd edək ki, B Liqasının I qrupundakı oyun aprelin 5-də, Bakı vaxtı ilə saat 19:45-də start götürəcək.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner