Neymar söz verdi - "Santos"a qayıdacaq

Neymar söz verdi - "Santos"a qayıdacaq
XƏBƏR 1 Aprel 2024 / 14:02 1884
-  A +

Neymar keçmiş klubu "Santos"un "Palmeyras"la matçını stadiondan izləyib.

QOL.az xəbər verir ki, o, görüşdən əvvəl "Santos"un paltardəyişmə otağına da gedib. 31 yaşlı hücumçu futbolçularla söhbətləşərkən doğma klubuna dönəcəyinə söz verib. İddialara görə, o, bunu hazırkı klubu "Əl-Hilal"la müqaviləsi başa çatdıqdan sonra edəcək.

Qeyd edək ki, braziliyalı futbolçunun Səudiyyə Ərəbistanı təmsilçisi ilə müqaviləsi 2025-ci ilin yayına qədərdir. Beləliklə, Neymar gələn yay artıq "Santos"a qayıda bilər.

Neymarın matçdan sonra vətənə qayıtmaq niyyətində olduğu barədə məlumatı "Santos"un rəsmi nümayəndəsi də təsdiqləyib.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner