"Bavariya"dan Naqelsmann açıqlaması

"Bavariya"dan Naqelsmann açıqlaması
XƏBƏR 1 Aprel 2024 / 13:36 2361
-  A +

"Bavariya"nın idman direktoru Maks Eberl Yulian Naqelsmannı komandanın baş məşqçisi təyin etmək istədikləri barədə məlumatlara münasibət bildirib.

QOL.az xəbər verir ki, o, Naqelssmannın xidmətində maraqlı olduqlarını təkzib etməyib: 

“Bilirəm ki, bu, bütün ictimaiyyət üçün maraqlıdır. Mən kifayət qədər tez-tez demişəm ki, biz necə variantı nəzərdən keçiririk. Amma ad çəkməyəcəyəm”.

Naqelsmann 2023-cü ilin sentyabrından Almaniya millisinə rəhbərlik edir. Onun hazırkı müqaviləsi 2024-cü ilin iyulun sonuna kimidir. Milli komandaya qədər o, “Bavariya”, “Leypsiq” və “Hoffenhaym”ı çalışdırıb.


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner