"Real" 27 il sonra rekordu təkrarladı

"Real" 27 il sonra rekordu təkrarladı
XƏBƏR 1 Aprel 2024 / 12:41 3900
-  A +

İspaniya La Liqasının 30-cu turunda "Atletiko" ilə oyun "Real" üçün əlamətdar olub.

QOL.az "Opta"ya istinadən xəbər verir ki, Madrid təmsilçisi görüşdə rəqibini 2:0 hesabı ilə məğlub edib. Bununla da komanda 27 il sonra rekordunu təkrarlayıb.

Karlo Ançelottinin komandası ardıcıl La Liqada 24 oyundur (18 qələbə, 6 heç-heçə) uduzmur. "Real" sonuncu dəfə 1996/1997 mövsümündə Fabio Kapellonun rəhbərliyi altında belə nəticə qazanıb (6 qələbə, 8 heç-heçə).

Qeyd edək ki, "Real" hazırda 75 xalla La Liqada liderdir.


Son xəbərlər
03.06.26  16:24

UFC turniri Ağ Evdə!

topaz banner