Kilan Lebon: "Axır ki, qol vura bildim"

Kilan Lebon: "Axır ki, qol vura bildim"
XƏBƏR 30 Mart 2024 / 13:55 1445
-  A +

"Neftçi"nin futbolçusu Kilan Lebon klubun televiziyasına açıqlama verib.

QOL.az xəbər verir ki, ötən gün "Qəbələ" ilə matçda fərqlənərək komandasına qələbə qazandıran yarımmüdafiəçi qol vurduğu üçün sevindiyini deyib: 

"Çətin oyun oldu, istədiyimiz kimi oynaya bilmirdik. Əsas odur ki, sona qədər mübarizə apardıq və qələbə qazandıq. Axır ki, qol vura bildim. Şükürlər olsun. Ümid edirəm, mövsümün sonuna kimi daha çox qollar vuraram.

O, Azərbaycan kubokunun yarımfinal mərhələsində "Qarabağ"a qarşı keçirəcəkləri görüşlər haqda da fikirlərini bölüşüb: "Qarabağ"a qarşı oyun çətin olacaq. Hər şey ola bilər. Ümid edirik ki, finala vəsiqə qazana biləcəyik".


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner