Zidan "Bavariya"ya gələcək, ya yox?

Zidan "Bavariya"ya gələcək, ya yox?
XƏBƏR 30 Mart 2024 / 13:40 2470
-  A +

"Real"ın sabiq baş məşqçisi Zinəddin Zidan "Bavariya"nı çalışdırmayacaq.

QOL.az xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb.

Daha əvvəl Münhen təmsilçisinin 51 yaşlı mütəxəssislə yaxından maraqlandığı iddia edilirdi. Klubun onu mövsümün sonunda komandadan ayrılacaq Tomas Tuhelin əvəzinə təyin etmək istədiyi yazılırdı. 

Lakin məlum olub ki, "Bavariya" artıq Zidanla maraqlanmır. Klubun mütəxəssisi baş məşqçi təyin etmək kimi bir planı yoxdur. 

Hazırda "Bavariya"nın baş məşqçisi postuna iki əsas namizəd qalıb - İngiltərənin "Brayton" klubuna başçılıq edən Roberto De Zerbi və Almaniya millisində çalışan Yulian Nagelsmann.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner