“Qarabağ”ın yeni rekordu

“Qarabağ”ın yeni rekordu
XƏBƏR 30 Mart 2024 / 10:20 2036
-  A +

“Qarabağ” Azərbaycan çempionatları tarixində yeni rekorda imza atıb.

QOL.az PFL-in saytına istinadən xəbər verir ki, Ağdam klubu ən erkən çempionluğu qazanıb.

Qurban Qurbanovun komandası 2023/24 mövsümünün çempionu adını 28-ci turda təmin edib. “Qarabağ” sona 8 tur qalmış qızıl medala sahib çıxıb.

Əvvəlki rekord da ağdamlılara məxsus idi. 2015/16 və 2017/18 mövsümlərində sona 4 tur qalmış çempionluğu təmin edən klub bu rekordu ikiqat üstələyib.


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner