La Liqada martın ən yaxşı oyunçusu seçildi

La Liqada martın ən yaxşı oyunçusu seçildi
XƏBƏR 30 Mart 2024 / 11:50 886
-  A +

İspaniya La Liqasında mart ayının ən yaxşı oyunçusu müəyyənləşib.

QOL.az xəbər verir ki, bu, "Real"ın hücumçusu Vinisius Junior olub. 23 yaşlı oyunçu “Barselona”dan Robert Levandovskini, “Real Sosyedad”dan Bris Mendeşi, “Vilyarreal”dan Aleksandr Serlotu və “Atletik”dən Qorka Qorosetanı qabaqlayıb.

Vinisius aprel ayında 3 oyuna çıxıb, 5 qol vurub və 1 qolun ötürməsini verib. Futbolçu ümumilikdə bu mövsüm 27 oyun keçirib, 18 qol vurub və 8 qolun ötürməsini edib.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner