"Qarabağ" Klubunun İdarə Heyətinin üzvü Asif Əsgərov bir müddət əvvəl UEFA-nın Yarışların Təşkili (2023-27-ci illər) Komitəsinin üzvü seçilib.
QOL.az xəbər verir ki, bu, UEFA komitələri sırasında ən nüfuzlusu sayılır. Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasına aid bütün məsələlər, o cümlədən dəyişilikliklər məhz bu komitədə müzakirə olunur və təsdiqlənir.
"Qarabağ" rəsmisi dünən UEFA Komitəsinin Cenevredə keçirilən toplantısında iştirak edib. Komitənin yeni tərkibdə ilk iclası (online) fevralın 1-də, ilk canlı görüşü isə martın 4-5-də İsveçrədə baş tutub. İclasda 2023-27-cü illər üçün Avropa kubokları ilə bağlı bəzi dəyişikliklər təsdiqlənib və ictimaiyyətə təqdim olunub. Bəziləri isə yaxın günlərdə açıqlanacaq. Açıq qalan məsələlər isə komitənin mayın 31-də Londonda keçiriləcək iclasında müzakirə olunacaq.
Qeyd edək ki, komitənin 16 nəfər üzvü var. Ora İtaliya Futbol Federasiyasının prezidenti Qabriele Qrabvina rəhbərlik edir. Komitədə "Tottenhem", "Bayer", "Marsel", "Roma", "Ayaks", Fənərbaxça" və s. kimi Avropanın bir neçə nüfuzlu klubunun nümayəndələri də təmsil olunur. İclasda komitənin xüsusi məsləhətçisi qismində FİFA İcraiyyə Komitəsinin üzvü Fernando Qomez, Avropa liqalarından isə Danimarka Peşəkar Futbol Liqasının prezidenti Klaus Tompson iştirak ediblər.
Xatırladaq ki, A.Əsgərov 2023-cü ilin sentyabrında Avropa Klublar Assosiasiyasının İcraiyyə Komitəsinin üzvü seçilib.
Yuxarı
Son məşq - Video
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
Azərbaycanlı hakimə UEFA-dan təyinat
Ukrayna klubunun baş məşqçisi Renat Dadaşovdan danışdı
Messi Argentina millisinin düşərgəsində
Bədavi adlı "qoca qurd"...
"Lixtenşteynə də qalib gələcəyik" - Millinin debütantı