"Barselona"nın baş məşqçisi Xavi Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində "Napoli" ilə heç-heçə etməkləri (1:1) haqda danışıb.
QOL.az xəbər verir ki, mütəxəssis heç-heçəni ədalətli nəticə hesab etmədiyini söyləyib: "Nəticəyə görə bir qədər məyus olduq. Çünki bu oyunda qalib gəlməli idik. "Napoli" demək olar ki, hücumda heç nə etmədi. Biz onlara yalnız bir şans verdik. Düşünürəm ki, ən ədalətli nəticə bizim qələbə qazanmağımız olardı".
Xavi komandasının çıxışından razı qaldığını da vurğulayıb: "Biz üstünlüyü ələ keçirdikdən sonra rəqib sanki ayıldı. Sonra isə hər şey dəyişdi. Axı, bu Çempionlar Liqasıdır. Komandamın çıxışını çox bəyəndim, həm hücumda, həm də müdafiədə irəliləyiş gördüm. Amma işi bitirməliydik”.
Qeyd edək ki, bu komandalar arasında cavab oyunu martın 12-də keçiriləcək.
“Kəpəz” bəyanat yaydı
Həyat yoldaşı vəfat etdi
Messidən sonra Argentina millisi ilk oyunlarına hazırlaşır
Ronaldonun klubu ağır məğlubiyyətlə üzləşdi
AFFA-da yeni təyinatlar
Mahir oynadı, komandası uduzdu
Mundiala aparılmadı, millidən getmək qərarı verdi
Azarkeş “Barselona”nın futbolçusuna hücum etdi
Zidan Deşamın çağırmadığı futbolçulara şans verir
Derbidəki VAR qərarı hakimlərə baha başa gəldi
Keyndən “Qızıl top”la bağlı qərar
"Azarkeş amili “Kəpəz”in ən güclü tərəfidir"
İkardinin “Latsio”ya transferi təxirə düşdü
"Heç kimdən üzr istəməyəcəyəm"
Ronaldo “Əl-Nəsr”i almağa hazırlaşır?
Misli.az-da "Sürətlə Yeni Mövsümə" kampaniyası başladı!