Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Braqa" (Portuqaliya) bu günlərdə özünün 103 yaşını qeyd edir.
QOL.az xəbər verir ki, bununla bağlı keçirilən tədbirlərə dünən "Braqa"nın idman arenasında təşkil olunan "Qızıl legion" adlı qala gecə ilə yekun vurulub. Təntənəli mərasimdə komandanın üzvlərinə mükafatlar təqdim olunub.
İlin futbolçusu Bruma, ilin debütantı Alvaro Calo, ilin məşqçisi isə Artur Jorje olublar. Digər nominasiyalar üzrə də mükafatlar verilib.
Tədbirdə çıxış edən "Braqa"nın baş məşqçisi Artur Jorje ilin məşqçisi mükafatını qazanmağı çoxdan arzuladığını söyləyib: "Mən fəxr edirəm ki, bu mükafata öz evimdə sahib ola bildim. Hesab edirəm ki, bu, ədalətlidir. Çünki bu mükafat məni onunla fərqləndirir ki, mən fərqli bir mövsüm keçirən, rekordlar qıran, iz qoyan, keyfiyyətli oyun nümayiş etdirən komandaya rəhbərlik edirəm. Ona görə də bu mükafatdan hər kəsə pay düşməlidir - mənə, mənim texniki komandama, futbolçularıma..."
Qeyd edək ki, "Braqa" 1921-ci ilin yanvarın 19-da yaradılıb.
Portuqaliya təmsilçisi fevralın 15 və 22-də "Qarabağ"la Avropa Liqasının pley-off (şərti olaraq 1/16 final) mərhələsində qarşılaşacaq.
Yuxarı
Son məşq - Video
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
Azərbaycanlı hakimə UEFA-dan təyinat
Ukrayna klubunun baş məşqçisi Renat Dadaşovdan danışdı
Messi Argentina millisinin düşərgəsində
Bədavi adlı "qoca qurd"...
"Lixtenşteynə də qalib gələcəyik" - Millinin debütantı