“Palmeyras” (Braziliya) klubunun prezidenti Leyla Pereyra yalnız qadın jurnalistləri üçün mətbuat konfransı təşkil edib.
QOL.az xəbər verir ki, klubun rəsmi saytında yayılan məlumatda bildirilib ki, gender ayrı-seçkiliyinə etiraz olaraq bu addımı atıb. Tədbirə yalnız TV-lərin və klubun özünün kişi operatorları buraxılıblar.
“Bu tarixi gündə sizinlə birgə olduğuma çox şadam. Dünyada heç vaxt belə hadisə görməmişəm ki, mətbuat konfransında ancaq qadınlar iştirak etsin. Bu fikri elan edəndə qəribə suallar eşidirdim: “Niyə yalnız qadınlar?” Mən isə buna görə kişilərə demək istəyirəm ki, isterikaya düşməyin, sakitləşin (gülür). Bizim üçün belə demirlər? Biz də qəzəblənmirik. Sadəcə istəyirik ki, qadınların doğumunda hiss etdiklərini onlar da hiss etsinlər" - deyə klub prezidenti bildirib.
O deyib ki, qadınlar olaraq güzəşt istəmirlər: "Biz sadəcə bacarıqlı olduğumuzu göstərmək istəyirik. Kişilərin olduğu futbol dünyasında özümüzə yer istəyirik. Həmişə görüşlərə gedəndə orada ancaq kişilərin olduğunu görürəm. Futbol akademiyamızda mətbuat konfransı keçirirəm və 30 kişi görürəm və orada yalnlz 2-3 qadın olur. Ondan özümü tamamilə tək hiss edirəm. Biz bunu dayandırmalıyıq.”
L.Pereyra bildirib ki, futbol dünyasında qadınlara qarşı məhdudiyyətlər var: “Cənubi Amerikada yalnız bir TOP klubu qadının idarə etməsi normal deyil. Niyə belə olur? Çünki biz müxtəlif məhdudiyyətlərdən əziyyət çəkirik. Biz istədiyimiz yerdə ola bilərik. Bugünkü görüşümüzün səbəbi də budur. İnanıram ki, bu görüş qadınların mövqeyini müdafiə etməkdə mühum rol oynacaq. Biz bunu bacarırıq. Sadəcə daha çox imkanlar istəyirik”.
Yuxarı
Son məşq - Video
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
Azərbaycanlı hakimə UEFA-dan təyinat
Ukrayna klubunun baş məşqçisi Renat Dadaşovdan danışdı
Messi Argentina millisinin düşərgəsində
Bədavi adlı "qoca qurd"...
"Lixtenşteynə də qalib gələcəyik" - Millinin debütantı