Ötən ay topuq nahiyəsindən əməliyyat olunan “Bakı”nın xorvatiyalı yarımmüdafiəçisi Ernad Skuliç “Toplu Bakı” jurnalına müsahibə verib. Qol.Az-ın məlumatına görə, “kumir” rubrikasının “qəhrəmanı” uşaqlıq illərini, futbolda keçirdiyi ömür yolunu bir daha xatırlayıb.
Əməliyyatdan sonra özünü necə hiss edirsən?
Əməliyyat uğurlu keçdi. Özümü yaxşı hiss edirəm. Bir həftədən sonra məşqlərə başlayacağam.
“Kumir” seçdiyimiz futbolçunun futbola necə gəlişi barədə ənənəvi sualı bu dəfə sənə ünvanlayırıq.
Xorvatiyada futbol çox populyardır. Hər bir məhəllədə, məktəbdə futbol meydançaları var. Uşaqların çoxu, məhz, bu idman növünə həvəs göstərdiyi üçün bizim ölkənin yığması dünyada ən güclülərdən biri hesab edilir. Futbola gəlişimi indiyə kimi unutmuram. O zaman on yaşında idim. Zapreşik adlı balaca şəhərdə yaşayırdıq. Hər günümüz uşaqlarla futbol oynamaqla keçirdi. Məhəlləmiz çox kasıb idi. Uşaqların, demək olar, hamısı futbol məktəbinə yazılmışdı.
Bir gün mən də evdən xəbərsiz uşaqlarla getdim futbol məktəbinə. Müəllim məni meydançada yeni gələnlərlə birgə ayrıca məşq etdirdi. Ertəsi gün isə əsas qrupa saldı. Bundan sonra atam mənə lazım olan ləvazimatları aldı. Müharibədən sonra ilk dəfə idi ki, bu qədər sevinirdim.
Ötən əsrin 90-cı illəri Balkanlar dünyanın ən qaynar nöqrələrindən birinə çevrilmişdi. Bu barədə nə deyə bilərsən?
Yuqoslaviyanın dağılması nəticəsində bu birliyə üzv olan bütün dövlətlərdə müharibələr baş verirdi. Biz əslən Bosnyadanıq. Orada baş verən dəhşətli müharibə nəticəsində evimizi tərk edib, Xorvatiyaya üz tutmuşduq. Atam müharibədən əvvəl Zaqrebdə işlədiyi üçün bizə burada məskunlaşmaq çətin olmadı. Müharibə qurtarandan sonra da Bosniyada vəziyyət acınacaqlı olduğu üçün bir daha oraya qayıtmadıq.
Xorvatiyada da həmin vaxt müharibə baş vermişdi. Lakin onlar çox az itki vermişdilər. Şəhərlərdə təlafat və dağıntı demək olar olmamışdı. Buna görə də bu ölkə tez bir zamanda inkişaf etdi. Bosnyada isə həyat indi-indi başlayır.
Uzun illər ərzində yetirməsi olduğun Zapreşik “İnter”ində oynadın, hətta onun kapitanı da oldun...
10 yaşımdan etibarən bu klubun sıralarına qatıldım. Biz demək olar hər il Avropanın müxtəlif ölkələrində təşkil edilən turnirlərə gedirdik. 15 yaşımda Almaniyada yeniyetmələr arasındakı turnirdə ən yaxşı futbolçu seçilmişdim. Mənə diplom da vermişdilər.
16 yaşımdan əvəzedici, bir il sonra isə “İnter”in əsas heyətində Xorvatiya liqasında oynamağa başladım. 18 yaşım olanda “İnter” yüksək liqaya vəsiqə qazandı.
Burada Mahmud Qurbanov olduğu kimi bizim də komandada təcrübəli bir futbolçumuz vardı. O oynamayanda, kapitan mən olurdum. 23 yaşım vardı. O karyerasını bitirəndən sonra isə komandanın yetirməsi olduğum üçün məni əsas kapitan seçdilər. Həm də, komandada hər mövsüm futbolçular dəyişirdi, mən isə hər zaman komandada idim.
Xorvatiyada karyeran ilə bağlı ən yaddaqalan uğurun hansı olub?
Liqada ikinci yeri tutmuşduq. Həmin mövsüm UEFA kubokunda mübarizə apardıq. Bu Azərbaycana gəlməmişdən öncə ən böyük uğurum idi. Bundan sonra Avstrya “Şturm”undan klubuma təklif gəlmişdi. Klub böyük məbləğdə ödəniş tələb etdiyi üçün avstyalılar bu transferdən vaz keçdi.
Necə oldu ki, “Odlar yurdu” – Azərbaycana gəldin?
Eyni klubda on ilə yaxın oynadım. Fikirləşdim ki, karyerama bir yenilik gətirim. Xorvatiyada futbolçular köçəri quşlara bənzəyir. Onlar bir neçə il oynayandan sonra xaricə “uçurlar”. Bu hər bir xorvat futbolçunun arzusudur. Mənim də qismətimə “Bakı” düşüb. Gələn təklif ürəyimcə olduğunu “İnter”in prezidentinə söyləyəndə, öncə məni buraxmadı. Sonra isə fikrimin qəti olduğunu görüb razılaşdı. Futbol oynamağı öyrəndiyim, hər zaman evim hesab etdiyim “İnter”i tərk edib gəldim buraya.
Səhv etmirəmsə, həmin vaxt “İnter”in baş məşqçisi Curo Baqo sənin ilk müəllimin olub...
Bəli, mən ilk dəfə onun rəhbərliyi ilə uşaqlar arasında keçirilən yarışlarda iştirak etmişəm. On il sonra isə Xorvatiya liqasında da onun rəhbərliyi altında oynadım. O çox sərt məşqçi idi. Xüsusilə də, davamiyyətə fikir verirdi. Uşaqlarla çalışdığı vaxt biz hamımız ondan qorxuduq.
Xorvatiyada yetərincə tanınmağına baxmayaraq nədənsə heç vaxt milliyə cəlb edilməmisən.
Xorvatiyada milli komandalarda oynamaq üçün rəqabət olduqca yüksəkdir. Millinin əsas hissəsi avropanın aparıcı liqalarında oynayan futbolçulardan formalaşdırılır. Azərbaycan liqasının reytinqi hələ ki o səviyyədə deyil. Yəqin bu səbəbdəndir ki, milliyə cəlb edilmirəm.
Üç ildən çoxdur ki buradasan. Təklif olarsa Azərbaycan millisinə kömək edə bilərsən?
Bu mənim üçün böyük şərəf olar. Hər bir futbolçunun uşaqlıq arzusu milli forma geyməkdir. Mən Azərbaycanı da özümə doğma yer hesab edirəm. Burada çoxlu dostlarım var. Azərbaycanlıları səmimiliyinə, qonaqpərvərliklərinə, mərdliklərinə görə çox sevirəm. Lazım olsam, borcumu bu şəkildə ödəyə bilərəm.
Üç mövsümdür ki, Azərbaycan liqasında top qovursan. Bu illər ərzində futbolumuzda yer alan hansı dəyişiklikləri qeyd edə bilərsən.
2007-ci ilə baxanda Azərbaycan futbolu yüksək sürətlə inkişaf edib. Liqada temp, yaxşı futbolçular və peşəkarlıq artıb. Elə bizim kluba baxanda hər şey məlum olur. 2007-ci ildə Bakıda əsas komandanın məşq etməsinə normal meydança, ləvzimatlar çatmırdı. Bu futbolçuların buranı seçməyində də rol oynayırdı.
İndi nəinki əsas hətta yeni yaradılan onlarla komanda üçün əla şərait yaradılır, böyük investisiyalar yatırılır. Bu çox önəmli faktordur. İnanıram ki, bu templə, iki- üç ildən sonra Azərbaycan klubları Avropa liqasının qrup mərhələsində oynayacaqlar. Mənim də ən böyük arzum bu mərhələdə oynamaqdır.
Səni tez-tez bazada uşaqların əhatəsində görürük. Fürsətdən istifadə edərək həm “Bakı”nın həm də digər klubların uşaq futbolunda futbol oynayan uşaqlara tövsiyyələrini bölüşərdin.
Futbolçu olmaq üçün birinci əsas şərt intizamdır. Məsuliyyətli olmaq lazımdır. Məşqlərə vaxtı-vaxtında gəlib, məşqçinin verdiyi tapşırıqları sorğu-sualsız yerinə yetirmək çox vacibdir.
Sizə bir sirr açım ki, məşqçilər, adətən, çox sual verən, məşqdə danışanları sevmirlər. Ona görə də boş-boş söhbətlə uymamaq, ancaq futbol barədə düşünmək lazımdır. Bütün bunlardan sonra fərdi istedad barədə danışmaq olar.
“Bakı” futbol klubunun, onn prezidenti Hafiz Məmmədovun uşaq futbolunun inkişafı üçün gördüyü işlər təqdirəlayiqdir. Bazada Akademiyanın yaradılması, uşaqlara qarşı olan xüsusi qayğı və diqqət klubun düzgün strategiya seçməsinin sübutudur. Tezliklə bizim futbolçular da Avropaya dəvət alacaqlar və Azərbaycanı təmsil edəcəklər. “Bakı” Azərbaycanən bir nömrəli klubudur.
"Barselona" xal itirdi
Rodri stadionda belə qarşılandı - Video
"Neftçi"nin "Zirə" üzərində qələbəsindən - Video
“Neftçi” “Zirə”yə qalib gəldi
Cavid Hüseynov: “Futbolçu kasadlığı yaşayırıq”
"Qarabağ"ın 3 qollu qələbəsindən - Video
Millimizin üzvü oynadı, komandası qələbə qazandı
Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı
"Neftçi" - "Zirə" - Heyətlər
Ançelotti Mbappenin mental durumundan danışdı
Amorim: "Transferlərdə son sözü baş məşqçi deməlidir"
“Qarabağ”ın oyunlarını izləyirəm” - Akinfeyev
"Səbail" - "Qarabağ" : Heyətlər
Qvardiola: "Təsəvvür edin ki..."
"Qarabağ"ın rəqibindən böyükhesablı qələbə
Harri Keyn Bundesliqa rekordu qırdı
Orxan Məmmədov çempionlarla görüşdü - Şəkillər
Kompani narazıdır
Messi: "Barselona üçün çox darıxıram"
PSJ-nin Mbappe ilə bağlı şikayətinə cavab
“Arzulamadığım tək rəqib Türkiyə idi”
"Bayer"in ulduzu zədələndi
"Real" millimizə 4 qol vuran futbolçunu istəyir
Harri Keynin het-triki - Video
Blatter: “Futbol doğru istiqamətə getmir”
"İnter Mayami"nin sahibindən Messi açıqlaması
“Bavariya” liderliyini möhkəmləndirdi
“Monako” 3 xalı 3 qolla qazandı
"Əl Nəsr" mövsümdə ilk dəfə uduzdu
“Traktor” kubokla erkən vidalaşdı
Emrelidən gözəl qol ötürməsi, komandasından məğlubiyyət
"Mançester Yunayted"in növbəti transfer hədəfi
Konor Makqreqora ağır ittiham