"Rəqibi təbrik edirəm. Yaxşı, vacib qələbə qazandılar. Biz də ümumi götürəndə "Qarabağ"la matçdan sonra istədiyimiz oyunu tapa bilmirik. Epizodlarla nəsə edirik. Ancaq bu, hələ istədiyim "Araz-Naxçıvan" deyil".
QOL.az xəbər verir ki, bu sözləri "Araz-Naxçıvan"ın baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının 13-cü turunda evdə "Kəpəz"ə 0:1 hesabı ilə məğlub olduqları matçdan sonra təşkil olunan mətbuat konfransında deyib.
O, "Rəqibin düşərgəsində xaotik vəziyyət var idi. Belə rəqibə qarşı oynamaq çətin idi? Komandanızda arxayınlıq var idimi" sualını cavablandırıb: "Əksinə, biz dünən oyunun analizində onlara deyirdik ki, "Kəpəz" hücumda çox yaxşıdır, kəsərli hücumları var. Necə sığortalanmaq barədə danışmışdıq. Sadəcə, bizim səhvimiz başqa yerdə idi. Hücuma keçid fazasında böyük problemlərimiz var. Amma ümumilikdə biz elə komandayıq ki, qol vurmayanda daha çətin olur. Qol vurmaq lazımdır. Epizodlar var, sadəcə istədiyimizi edə bilmirik".
Mütəxəssis futbolçusu Miça Kuzmanoviçin son oyunlarda zəif çıxış etməsinə toxunub: "Razıyam, düşüş var. Fərdi söhbətdə ona demişəm. Beş tur yaxşı oynadı, daha sonra demək olar ki, çox eniş var. İstəyir ki, nəsə etsin. Sadəcə rəqiblərin onu yaxşı analiz etməsinə görə, kreativliyi artırmalıdır. Nuno Rodriqes daha yaxşı görünür. İlk turlarda daha zəif təsir bağışlayırdı. Bəlkə də rotasiyalar etməliyik".
O, "Araz-Naxçıvan"ın mövsümün əvvəlində hazırlıq keçməməsinin komandanın nəticələrinə təsir etmədiyini deyib: "Deməzdim. Futbolda belə hallar olur. "Qarabağ"a qarşı yaxşı oynadıq, sonra "Sumqayıt"a məğlubiyyət. Bu gün qol epizodlarımız var, sadəcə reallaşdıra bilmirik. Biz elə komandayıq ki, epizodları vurmalıyıq. Vurmayanda problemlərimiz olur. O da bu gün görünür".
A.Bağırov "Elvis Maşikenin ehtiyatdan meydana çıxması nə ilə bağlıdır" sualını belə cavablandırıb: "Əlimdə hücumçu olsa, yerli oynadaram. Yerli futbolçu çatışmazlığımız var".
Mütəxəssis futbolçular "Qarabağ" üzərində qələbənin ab-havasında qalmadıqlarını bildirib: "Elə bir şey yoxdur. Futbolçularla təmasdayıq. "Qarabağ"la matç haqda bir kəlmə də danışmırıq. Önümüzə baxırıq. Bir epizodu vurmayıb başını tutmaq mənim üçün acizlikdir. İrəliyə baxmaq lazımdır".
Sonda o, Azər Salahlının "Araz-Naxçıvan"a keçib-keçməyəcəyi haqda suala cavab verib: "Yerli futbolçu bizə lazımdır. Amma qışa yaxın baxacağıq ki, hansı mövqeyə oyunçu gətirəcəyik. Azərin də "Neftçi" ilə müqaviləsi var. Futbolçunun işi varsa, onunla kontakta girmək bizlik deyil".
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı