"Futbolçularıma təşəkkür edirəm, hər iki matçda yaxşı oynadılar. Hesabda önə keçə bilərdik. Deyvis iki sarı vərəqə ilə meydandan qovula bilərdi. Barışın ayağına basmışdılar. Bunlar oyundakı qırılma anları oldu. Yaxşı komandaya qarşı istədiyimiz kimi oynadıq. Rəqibin oyunçuları əla formadadır. "Bavariya" Çempionlar Liqasını qazana biləcək komandadır".
Qol.az xəbər verir ki, bu sözləri "Qalatasaray"ın baş məşqçisi Okan Buruk Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda "Bavariya"ya 1:2 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.
O, məqsədlərinin qrupdan çıxmaq olduğunu bildirib: "1 xal qazana bilsəydik, qrupdan çıxmaq rahat olardı.Son dəqiqələrə kimi çalışdıq, amma hesabı dəyişdirə bilmədik.İkardinin əzələ ağrısı oldu və özünü yaxşı hiss etmədiyi üçün əvəzlənmək istədi. Yorğun futbolçuları da çıxarmalı olduq.Zieşə diqqət yetirmək istəyirik. 3 gün sonra matçımız var. Hazırda ciddi zədəmiz yoxdur"
Mütəxəssis söyləyib ki, hazırda daha çox xalları ola bilərdi: "Qrupdan çıxmağımız haqda danışa bilərdik. Düzgün oyun nümayiş etdiririk.. Bu il komandaya çoxlu yeni futbolçu qatıldı.Komanda olaraq yaxşılaşmağa başladıq. Növbəti hədəfimiz qalan 2 matçda qalib gəlib qrupdan çıxmaqdır. Bütün azarkeşlərə təşəkkür etmək istəyirəm. Biz buradan xalla ayrılmaq istəyirdik. Əgər 1:0 önə keçsəydik, bizim üçün başqa cür ola bilərdi. İlk dəfə Çempionlar Liqasında çıxış edən hakim oyunumuza təyinat almışdı. Səhv etməsi normaldır. İstədiyimizi etməyə çalışdıq. Sayılmayan qolumuz oldu. Ümumilikdə yaxşı çıxış etdik. Futbolçularım əllərindən gələni etməyə çalışdılar. Onlara təşəkkür edirəm".
“İmişli”yə qayıtdı
“Fənərbaxça” və “Şaxtyor”dan heç-heçə
Məşhur futbolçuya qarşı şok ittiham
"Mançester Yunayted" - "Sabah": Heyətlər
"Zirə" - "Qarabağ" oyununun hakimi müəyyənləşdi
1-ci liqada 3 oyun keçirildi
Hakim Ziyeş rəsmən “Botafoqo”da
“Turan Tovuz” Aleksa Yankoviçi transfer etdi
Lamin Yamal Arda Gülerin rekordunu qırdı
"Fənərbaxça"nın sabiq futbolçusu karyerasını başa vurdu
“Sabah” UEFA Gənclər Liqasına ağır məğlubiyyətlə başladı
Fransa İnfantinoya dəstəyini geri çəkdi
Azərbaycan cüdoçularının ilk rəqibləri açıqlandı
Verdaskanın zədəsi ciddidir - "Kəpəz" açıqladı
Nəhəng kapitan internet qəhrəmanına çevrildi - Şəkil
Mendilibarı həmyerlisi əvəzlədi
"Mançester Yunayted" "Sahah"la yubiley oyununa çıxır
“Kamp Nou”da media sektoru yağış altında qaldı - Video
Jurnalist səhv etdi, Mourinyo düzəltdi
Yaya Ture bunu bacaran ilk afrikalı baş məşqçi oldu
"Olimpiakos" tarixi uğur qazanmış baş məşqçi ilə vidalaşdı
"Qarabağ"ın sabiq futbolçusu dünyasını dəyişib
"Hakim əleyhimizə işləyirdi" - Okan Buruk
Çempionlar Liqasının oyunları bu kanallarda
"Sabah"ın U-19 komandası da Mançester səfərində
Renat Dadaşovun yeni klubu açıqlandı
Yamal “Barselona”nın tarixinə düşdü
Zubir müqavilə bağladı və debüt etdi! - Şəkillər
"Qalatasaray"ın uğursuz startı - Video
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Ronaldo 979-cu qolunu vurdu
"Qalatasaray" məğlubiyyətlə başladı, PSJ-dən qol şousu - ÇL
“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu
“Fənərbaxça”dan Rusiya klubuna getdi
"Məğlubiyyət tamamilə mənim günahımdır"
Haaland ən yaxşı bombardirlərdən oldu
“Barselona” onu göndərməyə hazırlaşır
"Şahdağ Qusar" "Karvan-Yevlax"a qalib gəldi
Azərbaycan millisi Moldovaya məğlub oldu