Hazırda «Karvan»ın baş məşqçisi işləyən «Neftçi»nin keçmiş futbolçusu Yunis Hüseynovun Qol.Az-a verdiyi açıqlamada 1988-ci il Seul olimpiadasına yollanmaması, əvəzində bu yarışa İqor Ponomaryovun aparılması barədə səsləndirdiyi fikirlərə həmin illər “Neftçi”nin baş məşqçisi olmuş Ağasəlim Mircavadov münasibət bildirib. Qol.Az-ın müxbiriylə söhbətində A.Mircavadov da həmin vaxt belə bir hadisənin olduğunu təsdiqləyib: «Açığı, Yunis Seula getməli idi. Amma sonda nə baş verdiyini bilmədim. Olimpiadanın başlanmasına 1 ay qalmış artıq “Neftçi”dən çıxmışdım. Bununla belə məsələdən təfsilatı ilə xəbərim vardı. Hələ olimpiadadan əvvəl, 1987-ci ildə məhz Seulda futbol turniri keçirildi və Yunis özünü ən yaxşı tərəfdən göstərdi. Düzür, Ponomaryov da yaxşı formada idi, amma Yunis lap əla oynayırdı. Bunu o vaxt SSRİ-nin olimpiya yığmasına rəhbərlik edən Anatoli Bışovets də mənə demişdi. Elə onun köməkçisi olan Hacı Hacıyev də eyni fikirdə olduğunu bildirmişdi. Amma dediyim kimi hər şeyin niyə o cür olduğu mənə də qaranlıq qaldı. Bu u məsələnin mahiyyətini öyrənmək üçün çox cəhd göstərsəm də, mümkün olmadı. İndinin özündə də çox təəssüflənirəm ki, Yunis həmin olimpiadaya getmədi. Çünki buna layiq idi”. A.Mircavadov Y.Hüseynovun Cənubi Koreyaya gedişini azərbaycanlı futbol funksionerləri tərəfindən əngəllənməsi barədə fikirlərə də münasibət bildirib: “O vaxt idman komitəsinə rəhbərlik edənlərin çoxu indi həyatda yoxdur. Bu mənada, arxalarınca danışmaq istəmirəm. Komanda Seuldakı turnirdən gəldikdən sonra bütün klublara olduğu kimi, bizə də izahat verdilər ki, həm Ponomaryov, həm də Yunis özlərini yaxşı tərəfdən göstəriblər. Amma Olimpiada qabağı son təlim-məşq toplanışına cəlb olununanların siyahısında Yunisin adı yox idi. Bununla bağlı lazımı adamlarla söhbətim də olmuşdu. Birbaşa Moskvaya Bışovetsin özü ilə əlaqə saxladım və o, mənə dedi ki, belə alındı. Eyni zamanda qeyd etdi ki, Yunis çox yaxşı futbolçudur və əla formadadır”. A.Mircavadov Ponomaryovun, yoxsa Yunis Hüseynovun Seula getməyə layiq olduğunu deməyə çətinlik çəkib: “Mən fərq qoymaq istəməzdim. Ponomaryov da yaxşı formada idi. Amma Yunis də mütləq olimpiadaya getməliydi. Onun rejimə əməl etməməsinə dair səslənən fikirlər də yalandır. Yunis həmişə öz tərbiyəsi, mədəniyəti və rejimə ciddi əməl etməsi ilə seçilirdi”.
A.Mircavadov bu məsələdə milliyətçilik amilinin rol oynadığını istisna etməyib: “Ovaxt Seula “Jalqris”in futbolçusunu aparmışdılar, amma heç bir oyunda meydançaya çıxmadı. Əvəzində ad qazandı”.
“Bəzi futbolçulara şans verməliyəm”
"Liverpul" 9 qolluq matçda qalib gəldi
Vinisius “Barselona” ilə oyunu buraxacaq
Elvinin matçı yarımçıq dayandırıldı
Flik ona istirahət verə bilər
Het-trikdən sonra aparıcı klubların hədəfinə tuş gəldi
Baş məşqçi ilə futbolçu arasında anlaşılmazlıq yarandı
“Bu, dünya futbolunda ən böyük hakimlik qalmaqalı ola bilər”
Arbeloa hakimi tənqid etdi, cəzalandırıldı
Fərid Namazovdan sonra “İmişli”də qərar verildi
Premyer Liqanın ən yaxşısı seçildi
“Arsenal” kütləvi ixtisarlar edə bilər
Superliqa klubunun yeni baş məşqçisi açıqlandı
Uğursuzluğa görə klub rəhbərliyini günahlandırdı
Keyn Messinin rekordunu qırdı
Azərbaycan güləşçisi dünya ikincisi oldu
"Milan" onunla yeni müqavilə imzalayır
Çexiya - Azərbaycan oyununun hakimləri açıqlandı
Okan Buruk “Barselona”ya məğlubiyyətdən danışdı
Diqqət! Azərbaycan derbisi gəlir...
ÇL-in oyunlarını yayımlayacaq kanallar
Arda Turandan Türkiyə millisi iddialarına cavab!
Mourinyo ilə jurnalist arasında maraqlı dialoq
"Sevincliyəm, qürurluyam, fəxr edirəm!" - Video
Azərbaycan klublarından avrokuboklarda yeni qələbə rekordu
PSJ "Mançester Siti"yə, "Fənərbaxça" "Aston Villa"ya qarşı
Güləşçimiz U-23 dünya çempionatında gümüş medal qazandı
Azərbaycan UEFA reytinqində irəlilədi
"Qalatasaray" - "Barselona" matçında vurulan qollar - Video
İlk ev oyunu, ilk qələbə - Video
"Sabah" ÇL-də neçəncidir?
"Qalatasaray" "Barselona"ya uduzdu, "Atletiko"dan qələbə
“Söz verirəm ki, daha yaxşı oynayacağıq” - Dambrauskas
“Sabah”a uduzduqdan sonra komandasını tənqid etdi
“Qarabağ” “Sabah”ı təbrik etdi
Bravo, “Sabah”!
Azərbaycan millisi “Antalyaspor”a qalib gəldi
"Qalatasaray" - "Barselona" matçının heyətləri açıqlandı
Kahim Perris Azərbaycan futbol tarixinə düşdü
Premyer Liqa klubları zərərlə işləyir
"Bu söhbətlərdən yorulmuşam"
“Real” La Liqanın oyun təqvimindən narazı qaldı
Azarkeşlər son anda qadağa ilə üzləşdi
"Sabah" - "Slaviya" matçının heyətləri açıqlandı
Danimarkanın tanınmış klubu satıla bilər